Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın təşkilatlarından Qəhrəmanlı ilə bağlı – Bəyanat

Tarix: 24-09-2019 17:40     Baxış: 3170 A- / A+
Qadın təşkilatlarından Qəhrəmanlı ilə bağlı – Bəyanat

Qadın hüquq təşkilatları Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini Fuad Qəhrəmanlının cəzalandırılması tələbi ilə bəyanat yayıblar.

Manevr.az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva və "Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərovanın imzaladığı birgə bəyanatda deyilir:

“Bir neçə gün öncə müxalifət partiyalarından birinin rəhbərliyində təmsil olunan Fuad Qəhrəmanlı adlı şəxsin yetkinlik yaşına çatmayan qızı Selcan Yağmura və həyat yoldaşı Zümrüd Yağmura qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə bütün kütləvi informasiya vasitələrində yayılan gənc qız Selcan Yağmurun sosial şəbəkə statusu və video görüntüləri geniş ictimai rezonansa səbəb olmuşdur.

Belə ki, təəssüf hissi ilə vurğulanmalıdır ki, cəmiyyətin göstərdiyi biganəliyə öz etiraz səsini ucaldan Selcan şəxsi profilində atası Fuad Qəhrəmanlı tərəfindən özünün dizinin, anası Zümrüd Yağmurun isə barmaqlarının sındırıldığını, bütün bunların onun və bacısı Sənayın gözü önündə baş verdiyini ürək ağrısı ilə açıqlamış, bu zorakılıq qarşısında susmamaq mövqeyini seçmişdir. Ailədə baş verən mütəmadi şiddət, zorakılıq və iztirablara baxmayaraq, Zümrüd Yağmur fədakarlıq göstərərək ailəsinin dağılmaması üçün uzun müddət səbr etsə də, əri Fuad Qəhrəmanlının islah olunmadığını görərək nikahın pozulması məqsədilə məhkəməyə müraciət edib.

Baş vermiş bu xoşagəlməz hadisələr qarşısında əgər Selcan atası təfəkkürdə olanların ona qarşı hər cür təzyiq göstərəcəklərini və bütün neqativ addımları atacaqlarını göz önünə alaraq, ona və anasına qarşı göstərilən şiddəti çəkinmədən ictimailəşdirirsə, o zaman vətəndaş kimi hər birimizin borcudur ki, bu məsələyə Selcanın mövqeyindən yanaşaraq ona hər cür dəstək göstərək və hadisəni törətmiş Fuad Qəhrəmanlının siyasi statusundan asılı olmayaraq layiqli cəzasına çatmasına hamılıqla nail olaq.

Lakin buna baxmayaraq, cəmiyyətimizin sosial–ictimai həyatında söz sahibi olan bəzi hüquq müdafiəçiləri, eyni zamanda ailə, qadın və uşaq problemləri üzrə bir sıra nüfuzlu qeyri-hökumət təşkilatlarının nümayəndələri Fuad Qəhrəmanlının və onun timsalında Əli Kərimlinin müdafiəsinə qalxmış bəzi partiyadaşlarının məzəmmətinə tuş gəlməkdən ehtiyat edərək bugünkü günədək baş vermiş hadisəyə adekvat reaksiya verməməklə təqsirkarla sanki eyni düşüncədə olduqlarını göstərirlər və bu məsələnin hüquq müstəvisində həlli istiqamətində hər hansı təşəbbüslə çıxış etmirlər.

Yuxarıda göstərilən neqativ təzahürlərin bir daha təkrarlanmaması üçün Azərbaycan Respublikasının qoşulduğu Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına hörmətlə yanaşılması və “Məişət zorkılığının qarşısının alınması haqqında” Qanunun müddəalarına əməl olunması vacibdir.

Sonda biz ailə, qadın və uşaq probləmləri üzrə qeyri-hökümət təşkilatları kimi öz vətəndaş mövqeyimizi çəkinmədən bildirərək, aidiyyatı dövlət qurumundan bu məsələni nəzarətə götürməklə ailəyə müvafiq hüquqi yardım göstərilməsini, eləcə də hüquq-mühafizə orqanlarından isə aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan Selcan Yağmuru və anası Zümrüd Yağmuru mütəmadi olaraq fiziki və psixi iztirablara məruz qoymaqla onlara əzab vermiş Fuad Qəhrəmanlı adlı şəxsə qarşı ən ciddi cəza tədbirlərinin görülməsini tələb edirik!”axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar