Xəbər lenti
Uşaqların boyunu uzadan məhsullar
Bunlardan hər gün yemək məsləhətdir
Düzgün qida sağlamlığımızın əsas təməlidir. Xüsusi ilə uşaq yaşlarından başlayan sağlam qida vərdişi gələcək görünüşün formalaşmasında əvəzsiz rol oynayır. Lakin bəzən valideynlər sağlam qidalanmaq adı ilə ciddi səhvlərə yol verirlər. Tanınmış türk dietoloq, sağlam yaşam rəhbəri Gizem Tutar uşaqlarda boyu artıran sağalam qidaları sadalayıb.
Süd və süd məhsulları
Südün boy uzanmasında xüsusi rolu var. Gün ərzində ən azı 2 stəkan içilməsi məsləhət görülür. Bu boyu uzatmaqla yanaşı, sümükləri də möhkəmləndirir. Daha çox təsirini görmək üçün gecə yuxusundan öncə içilməsi məsləhətdir. Çünki böyümə hormonları gecə fəallaşırlar və süd onların ifrazını sürətləndirir. Qatıq da əsas ağartı məhsulu kimi gündəlik menyuda mütləq olmalıdır. Xüsusi ilə tərəvəz qidalarının yanında.
Brokoli
Boy uzatmaqla yanaşı həm də immun sistemini qoruyur. Uşaqlar tərəfindən çox sevilməsə də həkimlər qəbul edilməsini şiddətlə tövsiyyə edirlər.
Çərəz
Çərəzlər əla kalsium qaynağıdır. Ara yemək olaraq və ya südlə birlikdə qəbul etmək olar. Onların qəbul miqdarı çox önəmlidir. çünki aşırı istifadə çəki problemi yarada bilər. gün ərzində 4-5 qayısı, 2 quru əncir,1 ovuc kişmiş yetərli olacaq.
Küncüt
Kalsium dəyəri ən yüksək olan məhsullardandır. Lakin tərkibindəki yağın çox olması əlavə təhlükələrə yol aça bilər. Bunun üçün də bəzi günlərdə çörəyi küncütlü məhsullarla əvəz etmək olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar