Xəbər lenti
“Ermənilər ağına-bozuna baxmadan istədikləri tezliyə girirlər” - MTRŞ

Manevr.az xəbər verir ki, “A24.az”ın redaksiyasına daxil olan bir video sujetdə Azərbaycan ərzisində erməni radiosunun səsləndiyi göstərilib. Gəncə istiqamətində hərəkət edən avtomobildə radio dalğasının tez-tez dəyişməsi və erməni dalğasının yayımlanması azərbaycanlı sürücünün diqqətindən yayınmayıb və bunu kameraya çəkərək ictimaiyyətə təqdim etməyə çalışıb. Azərbaycanlı sürücü hətta bunu biabırçılıq adlandırıb:
Hal-hazırda Kürdəmirlə Ucarın arasındayıq, üzü Gəncəyə tərəf gedirik. 105,5 FM-dir və burda erməni radiosu səslənir, dalğa gah gedir, gah gəlir. Biabırçılıqdır! Deyim ki, bura sərhəddə yaxındır, nədir, amma yox! Necə ola bilər ki, erməni radiosu Azərbaycanda səslənir?”.
Mövzu ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov bildirdi ki, təkcə Ermənistan deyil, İran da, Azərbaycanın radio dalğasına daxil olur.
“106,3 FM, 105,5 FM dalğaları Bakı üçündür. Ərazi dəyişdikcə həmin dalğanı təkrarlaya bilmirik, çünki həmin dalğalar bir-birilərinə mane olurlar. Bu öz yerində… Deməli, yayımda belə məsələ var ki, radiogörmə məsafəsinə qədər həmin tezlik istifadə olunur. Sonra ona dolaşıq olan zonada isə başqa tezlik verilir ki, qarşılıqlı interferensiya yaranmasın. Ermənilər isə ağına-bozuna baxmadan istədikləri tezliyə girirlər. Onların radiovericiləri çox yüksəkdədir və faktiki olaraq bizim əraziyə daxil olub yayım aparırlar. Bununla bağlı biz heç bir şey eləyə bilmirik. Yer üzündə belə bir qanun yoxdur ki, efirdə yayılan dalğanı efirdə söndürəsiniz. Bu mümkün deyil! Ancaq bir yolu var: yayımçı özü sistemi elə kökləsin ki, qonşu ölkənin ərazisində yayım aparmasın. Əlbəttə ki, təkcə ermənilər deyil, İran da buna əməl eləmir. 2-3 gün yayımı nizamlayır, daha sonra yenidən eyni şeyi təkrarlayır”, – deyə bildirdi.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar