Xəbər lenti
Məşhur həkimdən cəbhəçilərə şok təhqir: “Cın...” - Yenilənib

Tanınmış həkim Vasif İsmayıl qalmaqala səbəb olacaq ifadə işlədib.
Manevr.az yenisabah-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində baş verən hadisə ilə bağlı müzakirələrdə iştirak edən V. İsmayıl partiya üzvlərini toplu olaraq təhqir edib. Onun “Cəbhəçilər cındırdırlar. Seymur Həzi xaric” ifadəsi etirazlara səbəb olub.
Onun bu ifadəsinin cavabı olaraq sosial şəbəkədə olan AXCP üzvlərinin bir hissəsi qarşılıq olaraq doktoru eyni qaydada təhqir ediblər, bir hissəsi isə ondan üzr istəməyi tələb edib. Bildirək ki, V. İsmayıl cəbhəçilərin bu tələblərindən sonra onların bəzilərindən fərdi olaraq üzr istəyib.
Hazırda sosial şəbəkədə müzakirə olunan əsas mövzulardan biri də həkimlə cəbhəçilər arasındakı qarşıdurmadır.
***
V. İsmayıl bir az öncə işlətdiyi ifadəyə görə, bütün cəbhəçilərdən üzr istəyib:
“Məsələ bir az böyüdü və çirkinləşməyə doğru gedir. Bəzi yoldaşlarla söhbətlər oldu, yazışmalar oldu. Bir şeydə haqlıdırlar - cəbhəçilər nə də olsa illərdir mübarizə aparan adamlardırlar.
Doğrudur, son hadisədə imtahandan keçə bilmədilər, amma mən də əsəblə doğru etməmişəm.
Yazdığım şərhdə cəbhəçilər demişdim, amma nəinki cəbhəçilər, eyni zamanda AXCP ailəsindən də onları incitdiyim üçün üzr istəyirəm.
Qeydsiz, şərtsiz”.


Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar