Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın XİN başçısı azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib

Tarix: 21-09-2019 16:32     Baxış: 5235 A- / A+
Ermənistanın XİN başçısı azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri David Tonoyanla eyni mövqedə olduğunu bildirib.

Manevr.az xəbər verir ki, Z.Mnasankayn Nyu-Yorkda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla sentyabrın 23-də keçirəcəyi görüşlə bağlı müsahibəsində bunu deyib. D.Tonoyan Dilqəm Əsgərov və Şahbaz Quliyevn girovluqdan azad ediləcəyini istisna etməyib.
Qeyd edək ki, 2014-cü ilin iyulun 11-də azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyev Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, onların yanında olan Həsən Həsənov isə qətlə yetirilib. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq separatçı rejim tərəfindən uydurma iddialar əsasında “məhkəmə” təşkil edilərək, D.Əsgərov “ömürlük”, Ş.Quliyev isə 22 il müddətinə qanunsuz olaraq azadlıqdan məhrum ediliblər.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların “hamının-hamıya” formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 2019-cu il sentyabrın 11-də rəsmi məlumat verib.
Dövlət Komissiyası Azərbaycanın beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 2019-cu il sentyabrın 7-də Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin “hamının-hamıya” mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edərək, bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bildirib.report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar