Xəbər lenti
İran səfiri təkzib etdi: Dağlıq Qarabağ erməniləri...
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bu gün İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Manevr.az xəbər verir ki, Azərbaycan mətbuatında iki ölkə arasındakı münasibətlərə xələl gətirəcək bəzi məlumatların yayılması ilə bağlı məsələ müzakirə olunub. A.Nağı bu məsələ ilə bağlı, xüsusilə də iranlı idmançı Mehdi Çandehkarın Dağlıq Qarabağa, Şuşaya getməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilməsini istəyib. Çandehkarın İranda erməni şagirdlərin olimpiadasının keçirilməsi və orada guya Dağlıq Qarabağdan olan komandanın iştirakı ilə bağlı yayılan məlumatlara dair cəmiyyətdə olan narahatçılıq səfirin diqqətinə çatdırıb. İran səfiri bu məsələ ilə bağlı ətraflı məlumat verib və məlumatların təxribat xarakterli olduğunu, reallığı əks etdirmədiyini bildirib. Diplomat xüsusi olaraq vurğulayıb ki, İranla Azərbaycanın münasibətlərinə müəyyən qüvvələr xələl gətirmək istəyirlər və ona görə də vaxtaşırı bu cür təxribat xarakterli məlumatları mətbuata ötürürlər. Amma səfir qeyd edib ki, bu cür təxribatlar iki dost və qardaş ölkənin münasibətlərinə heç bir halda mənfi təsir göstərə bilməz. Onun sözlərinə görə, bu münasibətlər yüksələn xətlə inkişaf edir və bundan sonra da inkişaf edəcək. Sonda Akif Nağı onu narahat edən məsələlərə aydınlıq gətirdiyinə görə cənab səfirə təşəkkür edib.
Xatırladaq ki, bir müddət öncə QAT sədri sözügedən məsələ ilə bağlı İran səfirliyinə rəsmi müraciət etmişdi.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar