Xəbər lenti
Fuad Qəhrəmanlı AXCP-dəki vəzifəsindən İSTEFA VERDİ
Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.
Manevr.az bildirir ki, o, bu barədə özünün "Facebook" səhifəsində yazıb.
Həmin yazını təqdim edirik:
"AXCP sədri müavinliyindən istefa verdim.
Dostlar mənimlə bağlı yaranmış vəziyyət bəhanə edərək ACXP- yə qarşı səlib yürüşünə keçiblər. Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki, AXCP yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmusam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxil münaqişə yaşlşamışam Bu baş verənlərə görə də pesimanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.
Ancaq bundan sonra Zümrüd lə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən , onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.
Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas ğötürərək, AXCP sədrinin müavini postundan istefa verirəm.
15 yaşımdan ömrümü ancaq rejimə qarşı mübarizəyə sərf etdiyinmdən, bu qərarı vermək heç də asan deyil. 30 illik bir siyasi prosesin yetisdirdiyi siyasətçinin getməsi, heç də km demokratik mübarizənin xeyrinə deyil. Biz hər zaman statusa deyil, mübarizyə, prinsiplərə sadiq olmuşuq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar