Xəbər lenti
“Azərbaycanlıların kütləvi deportasiyası həqiqət deyil” – Türk səfir
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının, xüsusəndə Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral report-a açıqlamasında deyib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:
“Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar