Xəbər lenti
Nazirlikdən valideynlərə müraciət: Təhlükə...
Fövqəladə hallar olduqda qüsurlu insanların təxliyə və xilasetməsi zamanı böyük çətinliklərlə rastlaşırıq.
Bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, bu çətinlikləri daha çox xilasedicilər hiss edirlər: "Çünki bəzi insanlar qüsurlu olduğu üçün onların səs çıxarma və hərəkət etməsi ilə bağlı bir sıra çətinliklər olur. Adətən səs çıxarılanda xilasedicilər insanları daha tez təxliyə edə bilirlər. Amma bu olmayanda xilasedicilər otaqları bir-bir gəzməyə məcbur olurlar. Bəzən xilasedicilər hansısa çoxmərtəbəli binadan qüsurlu insanları öz kürəyində aşağı düşürürlər".
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva deyib ki, son illərdə Azərbaycanda evlərdə elektrik cihazlarının sayı dəfələrlə artıb. Bu da uşaqlı ailələrdə riskləri artırır.
M.Mustafayeva əlavə edib ki, son zamanlar bağlı qapı arxasında qalan uşaqlarla bağlı Fövqəladə Hallar Nazirliyinə edilən müraciətlərin də sayı artıb: "Yalnız son 40 gün ərzində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan uşaqlarla bağlı isə 45 müraciət daxil olub".
Nazirlik rəsmisi uşaqların risklərlə üzləşməməsi üçün valideynləri onları nəzarətsiz qoymamalarını tövsiyə edib./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar