Xəbər lenti
İsgəndər Həmidovdan yeni xəbər var

Türkiyədə əməliyyat olunan sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsisçisi İsgəndər Həmidovun sağlıq durumu normaldır.
Manevr.az xəbər verir ki, bu barədə modern.az-a Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Azərbaycan Xalq Hərəkatının idarə heyətinin üzvü Fuad Əliyev məlumat verib. O, bildirib ki, ailə üzvləri də İsgəndər bəyin yanındadır:
"Bildiyim qədərilə, yanında ailə üzvlərindən kənar şəxs yoxdur. Əvvəl onun sentyabrın 10-15-i Bakıya gələcəyi güman edilirdi. İndi isə bu tarix dəqiq deyil. Yəqin ki, həkim rəyindən sonra İsgəndər Həmidovun Bakıya qayıdacağı tarix məlum olacaq”.
Qeyd edək ki, sentyabrın sonunda İ. Həmidovun rəhbərlik etdiyi Xalq Hərəkatının qurultayı gözlənilir. Onun sağlığında problem olmazsa, qurultayda şəxsən iştirak edəcəyi bildirilib.
Xatırladaq ki, bu il mayın 19-da axşam saatlarında halı pisləşən sabiq daxili işlər naziri, müayinə üçün Türkiyəyə aparılıb. Orda müayinə olduqdan sonra vətənə qayıdıb. Sentyabrın 6-da isə o, Türkiyənin "Gülhanə” hərbi Tibb Akademiyasında açıq ürək əməliyyatı keçirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar