Xəbər lenti
Azərbaycanda “əxlaq polisi” yaradılır? - DİN-dən açıqlama
Son günlər sosial şəbəkələrdə Azərbaycanda “əxlaq polisi”nin yaradılacağı barədə şayiələr yayılır. Bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
Onun sözlərinə görə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər:
“Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - “əxlaq polisi”nin yaradılacağı barədə məlumatlar yayırlar.
Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə, nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində “əxlaq polisi” strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar