Xəbər lenti
İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatdı

İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.
APA-nın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
S. Soylu deyib ki, şəhid olanlardan 31-i polis əməkdaşıdır. O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib.
Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.
S. Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: “İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir”.
Nazir bu gün şəhid polislərdən bir neçəsinin dəfn mərasiminin keçiriləcəyini də qeyd edib.
Qeyd edək ki, Türkiyədə 1 günlük matəm elan edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana planlaşdırılan səfərini təxirə salıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































