Xəbər lenti
Kimsə buralara getmək istəmir - ÜRKÜDÜCÜ KABUS ŞƏHƏRLƏR
Vaxtilə fərqli xalqların yaşadığı, bir çox tarixi hadisələrə şahidlik edən, amma bu gün kimsənin qorxudan getmək istəmədiyi məkanlar var. Bu yerlərin "kabus" adlandırılmasının səbəbi isə indi buralarda kimsənin yaşamamasıdır.
Manevr.az dünyanın ən qorxunc şəhərləri haqda məlumatları təqdim edir.
1. Kolmanskop (Namibiya)
Kolmanskop Namibiyada kimsəsiz bir qəsəbədir. Səhrada yerləşən və vaxtilə alman müstəmləkəçiliyinin hökm sürdüyü Kolmanskopda almaz mədənləri yerləşirdi. Bu səbəbdən də XX əsrin əvvəllərinə qədər zəngin insanların yaşadığı bir qəsəbə idi. Lakin Namibiyanın başqa bölgələrində almaz tapıldıqdan sonra insanlar buranı tərk etdilər. Bu gün isə Kolmanskopda qum altında qalan köhnə evlərdən başqa heç nə yoxdur.
2. Piramiden (Svalbard)
Vaxtilə "Röyalar şəhəri" adlandırılan Piramiden Şimal Buzlu okeanındakı Svalbard adasında yerləşir, Norveçin nəzarətindədir. 1955 -1998-ci illər arasında bu qəsəbə SSRİ-də populyar bir məkan idi, çünki burada çoxlu sayda kömür mədəni vardı. SSRİ-nin dağılması və 1996-cı ildə baş verən qorxunc təyyarə qəzasından sonra insanlar şəhəri tərk etməyə başladı. Hazırda burada dükanlar və evlər var, amma kimsə yaşamır.
3. Xaşima adası (Yaponiya)
"Savaş gəmisi adası" adlandırılan Xaşima Yaponiyanın cənubunda yerləşir. Xaşima ötən əsrin əvvəllərində sənayenin ən inkişaf etdiyi yerlərdən biri idi. Lakin 1970-ci illərin sonlarında adadakı kömür mədənlərinin bağlanmasıyla insanlar buradan getməyə başladı.
4. Qarnet (ABŞ)
ABŞ-da yerləşən bu kabus qəsəbə XIX əsrin sonlarına qədər qızıl mədənlərinə görə sıx məskunlaşma yeri idi. Ötən əsrin əvvəllərində bölgədə qızıl ehtiyatları tükəndiyi üçün qəsəbə tərk edildi.
5. Pripyat (Ukrayna)
Pripyat qəsəbəsi 1980-ci illərdə Çernobıl şəhərində yerləşən Atom Elektrik Stansiyasının (AES) partlamasından sonra tərk edilib. On minlərlə insan zəhərli radiasiya səbəbindən yaşadığı yerdən ayrıldı. Bölgədə bu gün də yaşanılmayacaq səviyyədə radiasiya var.
6. Krako (İtaliya)
Krako şəhəri VIII əsrdə salınıb və ötən əsrin ortalarında qədər yaşayış yeri idi. Dik yamacda yerləşən şəhər baş verən saysız uçqunlar səbəbindən insanları özündən uzaq salıb.
7. Balina Körfəzi (Desepşen adası)
Əsrlərlə balina ovu üçün istifadə olunan şəhər olub. Antarktikanın ortasında bir vulkanın üzərində yerləşir. 1960-cı illərdəki vulkan partlayışları balinaların ada ətrafındakı yaşayışına son verdi. Bu olaydan sonra isə insanlar iş tapa bilmədikləri üçün bura getməməyə başladı.
8. Umberston və Santa Laura (Çili)
Umberston və Santa Laura şəhərləri iki qədim kalium nitrat istehsalı mərkəzi sayılırdı. Lakin 1930-cu illərdə kalium nitratın kəskin ucuzlaşması ilə şəhərlər tərk edildi.
9. Şingetti (Mavritaniya)
Şəhər XIII əsrdə Böyük Səhra ətrafında ticarət mərkəzi kimi qurulub. Lakin zaman-zaman baş verən qum fıtınları insanları buradan didərgin salaraq, kabus şəhərə çevrildi.
10. Bodi (ABŞ)
Vaxtilə qızıl sənayesinin ən yüksək həddə çatdığı Bodi şəhəri bu gün Kaliforniyanın tarixi əsəri kimi qiymətlidir. Əhalinin sayı 1880-ci illərdə 10 minə çatsa da, XX əsrin ortalarında qızıl mədənlərinin bağlanmasıyla insanlar buranı da tərk edib getdi.
11. Qryutviken (ABŞ)
İllər əvvəl balina ovu üçün dayanacaq nöqtələrindən biri olan Qryutviken Atlantik okeanın ortasında yerləşir. Antarktidanın kəşfinə çıxan Ernest Şakleton adlı səyyahın məzarı bu qəsəbədədir. Qryutviken hazırda bir kilsə və bir muzeyə sahibdir.
12. Oradur-Sur-Qlan (Fransa)
Nasistlər İkinci Dünya Müharibəsində 652 nəfərin yaşadığı bu fransız qəsəbəsində qətliam törətdi. Müharibənin sübutu kimi qalan yarı-uçuq binalar açıq muzey kimi ziyarət edilir.
13. St. Elmo (ABŞ)
1880-ci illərdə salınan bu kabus qəsəbə qızıl və gümüş mədənləri açılanda 2 min nəfərə ev sahibliyi edirdi. Lakin sonrakı illərdə qəsəbədə baş verən yanğınlar və dəmir yolunun bağlanması səbəbindən insanlar buranı tərk etdilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar