Xəbər lenti
Komitə VAZ-ları satışa çıxardı: 2 min manata

Dövlət Statistika Komitəsi işlətmədiyi VAZ markalı avtomobilləri satışa çıxarıb.
Əmlak Məsələləri Dövlət Komitəsi 8 oktyabr tarixində açıq hərrac təşkil edəcək. Hərraca ümumilikdə 6 avtomobil təqdim edilib. Onlardan dördünü DSK-nin fərqli rayon idarələri, digər iki avtomobildən birini Şirvan Apellyasiya Məhkəməsi, digərini isə Dövlət Sığorta Kommersiya Şirkəti çıxarıb.
DSK hərraca 4 ədəd 2006-2007-ci il istehsalı olan VAZ-21043 markalı avtomobil təqdim edib. Vəziyyətindən asılı olaraq avtomobillərin qiyməti 2300-4000 manat arasındadır.
Hərracın ən yüksək qiymətə avtomobili Şirvan Apellyasiya Məhkəməsi təqdim edib. Məhkəmənin özəlləşdirməyə təqdim etdiyi 2007-ci il istehsalı olan “Toyota Avalon”un ilkin satış qiyməti 10.000 manatdır.
Dövlət Sığorta Kommersiya Şirkətinin hərraca çıxardığı VAZ-21074 avtomobili üçün isə ilkin satış qiyməti 2000 manat müəyyən edilib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar