Xəbər lenti
Kişi həbsxanasına salınan transseksual danışdı: “Orada mənə çoxlu…”

İngiltərədə bir transseksual həbs edilib. Məhkəmə onu kişi həbsxanasına göndərəndən sonra hər şey bir-birinə qarışıb.
Manevr.az xəbər verir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq həbsxana işçiləri onun saxlanıldığı kameranı dəyişməyiblər. İngiltərədəki HMP Bristol həbsxanasına gətirilən 26 yaşlı Tara Hudson bildirib ki, harada cəza çəkəcəyini öyrənən zaman dəhşətə qapılıb.
Bələdçilər və kameradakılar tərəfindən dəfələrlə cinsi istismara məruz qalan Tara ölkəsinin bir anda ölkə gündəminə gəlib. 600-dən çox cəzaçəkən kişinin arasında yaşamaq məcburiyyətində qalan transseksual üçün 150 mindən çox imza toplanılıb və etirazlar bildirilib.
Yerli siyasətçilər də etirazlara qoşularaq transseksuallarının hüquqlarının mühafizəkarları ilə birlikdə qərara etiraz ediblər.
Tara həbsdən çıxdıqdan sonra maraqlı açıqlamalar verib: “Kişi məhkumlar heyvan kimi idilər. Yaşadığım 7 günü təcavüz qorxusuyla keçirdim. Bu qorxu ucbatından səhərə qədər yatmırdım. Bir neçə şəxs tərəfindən cinsi əlaqə təklifi aldım, ancaq rədd cavabı verdim. Həbsxana müdirinə müraciət etdim, lakin qərarı müsbət olmadı. Daha sonra “mavilər” dərnəkləri ilə əlaqə saxladım və onlar hərəkətə keçdilər”.(A24.az)








Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar