Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı kommunikasiyanın ilin sonunadək yekunlaşması gözlənilir

Tarix: 06-09-2019 16:31     Baxış: 4390 A- / A+
Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı kommunikasiyanın ilin sonunadək yekunlaşması gözlənilir


Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kommunikasiya davam edir. Kommunikasiyanın bu ilin sonunadək yekunlaşması gözlənilir.

Manevr.az bildirir ki, bunu özəl olaraq trend-ə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, bu istiqamətdə bütün zəruri tədbirlər görülməkdədir.

Kollegiya sədrinin sözlərinə görə, bu ilin sonunadək kommunikasiyanın yekunlaşdırılacağı gözlənilir və qısa vaxt ərzində işə baxılacaq:

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı şikayət ərizəsi hazırlanıb və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar