Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Xalqda mənim haqqımda mənfi rəy yaranıb" - "Ayağını yorğanına görə uzat" deyən deputat

Tarix: 10-12-2016 18:45     Baxış: 4390 A- / A+
"Xalqda mənim haqqımda mənfi rəy yaranıb"

Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” fikirlərinin yer aldığı açıqlaması cəmiyyətdə böyük səs-küyə səbəb olub.

Dünəndən bəri sosial şəbəkələrdə ünvanına xoş sözlər deyilmədiyindən xəbərdar olan deputat Hüseynbala Mirələmov Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib.

“Əvvəla, kiminsə məni təhqir etməyə ixtiyarı yoxdur. İkincisi də, dediklərimin hamısı konteksdən çıxarılıb. Müsahibə verəndə zarafatla dedim ki, “indiki dövrdə xanımlarımızın çoxu fiqura saxlamaq üçün heç nə yemir-içmir”. Özü də bir neçə dəfə dedim ki, “bu, zarafatdır”. Təəssüf ki, dediklərimin hamısını montaj edərək, ancaq çılpaq yerlərini saxlayıblar. Buna görə də xalqda mənim haqqımda mənfi rəy yaranıb.

Jurnalistlə səmimi şəkildə söhbət etdik, zarafatlaşdıq. Bu millətin bəzi üzvləri sanki bir-birinə qənim kəsilib. Belələri sanki 1937-ci ildə bir-birinin qanını içən adamların nəvə-nəticələridir. Belə olmaz axı!

Böyük Vətən Müharibəsində ata-babalarımız nə qədər əziyyət çəkiblər. Çətinlik görüblər. Ac-susuz qalıblar, amma vətənə kömək ediblər. Əgər vətənimiz çətin durumdadırsa, onun yolunda canımızı da verməliyik. Hər bir azərbaycanlı belə düşünməlidir”.


Hüseynbala Mirələmov, qalmaqala səbəb olan müsahibəsi zamanı toxunduğu məqamları xüsusi qeyd edib.

“Müsahibədə Azərbaycanın stabil vəziyyətini xüsusi qeyd etmişəm. Bu gün Suriyada, İraqda yaşayan insanların vəziyyəti çox acınacaqlıdır. Nə yaxşı ki, dövlətimiz belə deyil. Azərbaycanın stabilliyi bizim üçün xəzinədir. Bizə qismət olub ki, sülh şəraitində yaşayırıq. Ölkələr var ki, milyonları, sərvətləri, neftləri var, amma rahat nəfəs ala bilmirlər. Qırılırlar... Müsahibədə bunların hamısını demişəm. Amma heç biri verilməyib. Müsahibə verən zaman yanımda bir oğlan vardı. Zarafatla dedim ki, “az yeyək, ayağımızı yorğanımıza görə uzadaq”.
Biz də insanıq da... Nə olar ki, zarafat edəndə... Gərək bir-birimizə düşmən olaq?! Adam var 1000 manat gəlir qazanır. Xərcləyir. Adam da var 200-300 manat əmək haqqı alır. Bu mənada demişəm ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır. Ailə büdcəsinə uyğun hərəkət etməlidir. Bu fikirlərimdə qəbahətli nə var axı, oturub-durub məni təhqir edirlər?! Əgər 1000 manat qazanıramsa, onu elə xərcləməyə çalışıram ki, bu ay üçün ailəmi saxlaya bilim”.

Deputat bizneslə məşğul olduğu barədə deyilənlərə belə aydınlıq gətirib.

“Hüseynbala Mirələmov millət vəkilidir. Hüseynbala Mirələmov yazıçıdır. Hüseynbala Mirələmov alimdir, professordur. Vəssalam! Mən biznesmen deyiləm. Dövlət Neft və Sənaye Universitetində kafedra müdiriyəm. Ola bilər ki, mənim ailəmin digər üzvləri bizneslə məşğul olur. Buna görə onların qarşısını ala bilmərəm. Aldığım məvacib mənə kifayət qədər bəs edir. Mənim yazıçılığım, elə mənim biznesimdir. Dünyanın 39 ölkəsinə kitablarım tərcümə olunub”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar