Xəbər lenti
Gənc yazardan təklif: "AYB Prezidentin addımını təkrarlasın"
AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, şair Fuad Cəfərli təklif irəli sürüb:
"Bildiyimiz kimi, bu il Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat ayrılıb. Bu təqdirəlayiq addımdır.
Düşünürəm ki, digər bir addımı da AYB atmalıdı.
Belə ki, uzun müddətdir AYB-nin üzv olub və on illərdir üzvlük haqqını ödəməyən qələm adamları var. Bir az da açıq desək, demək olar ki, üzvlərdən heç kəs üzvlük haqqını ödəmir. Təbii ki, AYB-nin nizamnaməsinə əsasən üzvlük haqqının ödənilməsi mütləqdir.
Təklif edirəm ki, Yazıçılar Birliyi də üzvləri ilə öz arasında olan, problemə çevrilən borcları ölkə rəhbərinin ayırdığı vəsaitdən istifadə edərək silsin. Bu xoşməramlı bir addım olar.
Onu da vurğulayım ki, elə məhz bu il Prezident İlham Əliyev əhalinin problemli kreditlərinin həll olunması ilə bağlı təqdirəlayiq bir addım atdı. Azərbaycan Yazıçılar Birliyi də Prezidentin addımını təkrarlasın."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar