Xəbər lenti
"Köçkünlərin məsələsinə yenidən baxılmalıdır" - Millət vəkili

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna yenidən baxılmalıdır.
Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
E. Nəsirov deyib ki, Milli Məclisdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deputat həmkarlarının ən çox diqqət mərkəzində saxladığı məsələ qaçqın və məcburi köçkünlər, onların statusları və sosial durumları ilə bağlı olub: “Cənab prezident sosialyönümlü siyasət həyata keçirir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Xüsusi ilə qaçqın və məcburi köçkünlər xüsusi kateqoriyalı insanlar olduqları üçün onlara dövlət tərəfindən hər zaman ən yüksək səviyyədə qayğı olub. 2017-ci ilin dövlət büdcəsi layihəsinə də baxılsa, bir qədər qənaətcil, yığcam olan bu büdcənin 40, 3 faizi, yəni 6 milyard 686 milyon manatı məhz sosial xərclər üçün ayrılıb. Bu, bir daha təsdiqləyir ki, hətta böhranlı illərdə də belə bütün çətinliklərə baxmayaraq, dövlət özünün sosialyönümlü siyasətini davam etdirir. Bu kontekstdə qaçqın və məcburi köçkünlərlə bağlı məsələ də hər zaman gündəmdədir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar