Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Niyə Əli Abbasovun adını çəkmirsiniz?!" - "Rabitə işi"

Tarix: 09-12-2016 19:53     Baxış: 4375 A- / A+
"Niyə Əli Abbasovun adını çəkmirsiniz?!"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom" MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Günün ikinci yarısında davam etdirilən prosesdə "Aztelekom" MMC-nin sabiq baş mühasibi O.Rüstəmov dövlət itthamçısı və vəkillərin suallarını cavablandırıb.

O, məhkəmədə düzgün ifadə verdiyini, özünü təqsirli bilmədiyini söyləyib: "İşlədiyim dövrdə əmək haqqım orta hesabla 1500-1600 manat olub. Biz hər ay nazirliyə hesabat verirdik".

Prosesdə təqsirləndirilən M.Məmmədov O.Rüstəmova sual ünvanlayıb. O, "sizə pul köçürmələri zamanı kim tərəfindən göstəriş verilib" sualını verib: "Niyə həmin şəxsin adını açıqlamırsan? Həmin şəxsin də adını açıqla, vəkillər rahat olsun".

O.Rüstəmov isə M.Məmmədovun suallarına cavab vermək istəməyib.

V.Zeynalovun vəkili Ceyhun Yusifov isə təqsirləndirilən şəxslərin sabiq rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasovun adını hallandırmaqdan çəkindiklərini deyib: "Niyə Əli Abbasovun adını çəkmirsiz? Qorxursuz? Ancaq Vidadi Zeynalovun adını çəkirsiz. Vidadi müəllim nazirlikdə kim idi? Pul yığan idi də..."

M.Məmmədovun vəkili Şahin Rəfiyev məhkəməyə müraciət edərək qeyd edib ki, O.Rüstəmov xəstə olub: "Həmçinin Oktay müəllim 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb. Bununla bağlı məhkəməyə arayış təqdim edirəm".

O.Rüstəmovun vəkilləri də bildirib ki, müvəkkilinin səhhəti ağır olması və psixoloji problemlərinin olması səbəbindən dindirilərkən ifadələrini düzgün verməyib.

Hakim Fikrət Qəribov yerindən icazəsiz replikadan istifadə edən vəkillərə irad bildirib.

Vəkil C.Yusifov vəsatətlə çıxış edib. O, özününə və müvəkkili V.Zeynalova hələ də ittiham aktı verilmədiyini bildirib: "Məhkəmədən xahiş edirik ki, Vidadi müəllim şahidlər ifadə verəndən sonra dindirilsin".

Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.(report)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar