Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyana sual verirlər ki, övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi?” – MİLLƏT VƏKİLİ

Tarix: 28-08-2019 21:07     Baxış: 3196 A- / A+
“Paşinyana sual verirlər ki, övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi?” – MİLLƏT VƏKİLİ

Ermənistanın baş naziri Nikol Paşinyan müxtəlif hallusinasiya xarakterli bəyanatlarla çıxış edərək xaricdən ona dəstək olan qüvvələrin başını aldatmaq və demokratik imic qazanmaq istəyir.

Manevr.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, Paşinyan vəzifəyə gəlməmişdən əvvəl hələ küçə mitinqləri zamanı ermənilərə onların sosial problemlərini həll edəcəyi, analara övladlarının qonşu ölkənin işğal etdikləri ərazisində qurban verilməyəcəyi haqqında vədlər vermişdi:

“Lakin heç bir öhdəliyi və vədi yerinə yetirə bilməyən Paşinyan müxtəlif imitasiya xarakterli hərəkətlərlə öz hakimiyyətinin vaxtını uzatmağa çalışır. Bu yaxınlarda onun pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfərə getməsi də məhz bu səbəblərdən qaynaqlanır. Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür. Erməni anaları Paşinyana sual verirlər ki, axı bizim övladlarımızın Azərbaycan torpaqlarında nə işi var idi?

Paşinyan isə bu cür bəyanatlarla çalışır ki, daxili auditoriyanın fikrini əsas problemlərdən yayındırsın. Ermənistanın büdcəsi yoxdur. Bütün dünya bilir ki, işğalçı ölkənin büdcəsi beynəlxalq fondların, bəzi dövlətlərin dəstəyi hesabına dolur. Ermənistan əhalisi də görür ki, iki ildir vəd verilməsinə baxmayaraq, onların vəziyyətində heç bir dəyişiklik yoxdur”.

M. İbrahimqızı vurğulayıb ki, ən əsası isə Paşinyan beynəlxalq hüququn prinsiplərini pozmaqla bölgədəki mövcud gərginliyi daha da artırır:

“O, Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırışla beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə məhəl qoymadığını, Minsk qrupunun həmsədrlərinə total hörmətsizlik nümayiş etdirdiyini bir daha sübut etdi.

Paşinyanın bu cür bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ciddi zərbə vurur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar