Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Danışdım ki, Azərbaycan xalqı ağ günə çıxsın” - Deputat

Tarix: 09-12-2016 16:52     Baxış: 4372 A- / A+
“Danışdım ki, Azərbaycan xalqı ağ günə çıxsın”


“Qara bazar”a qarşı sərt çıxışı ilə gündəmə gələn YAP-çı millət vəkili Yevda Abramov Beynəlxalq Bankda baş verən son dəyişikliklərə reaksiya verib.

Manevr.az xəbər verir ki, millət vəkili “qafqazinfo”ya açıqlamasında bildirib ki, Milli Məclisdə məsələni qaldırdıqdan sonra hökumət vəziyyəti başa düşüb:

“Vəziyyətə uyğun adekvat cavablar da gəlməli idi. “Qara bazar”a qarşı mübarizə tədbirləri davam etməlidir. Mən Milli Məclisdə sözü havayı yox, xalq üçün demişəm. Orada populizm naminə danışmamışdım. Ona görə danışmışdım ki, Azərbaycan xalqı ağ günə çıxsın”.

Xatırladaq ki, dekabrın 7-də Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılarkən millət vəkili Yevda Abramov metronun “28 may”, “Xalqlar dostluğu” stansiyalarının yaxınlığında və Quba bazarında xüsusi maşınların yük hissələrində kütləvi şəkildə dollar və manatın “qara bazar”da satıldığını öz gözləri ilə gördüyünü bildirmişdi.

Millət vəkili hökumətə sual ünvanlayaraq bu qədər dolların, pul kütləsinin həmin insanların əlinə necə keçdiyinə məəttəl qaldığını vurğulamışdı. “Qara bazar”a kimin diktə etdiyinin araşdırılmasını hökumətdən tələb etmişdi.

Məhz bu çıxışdan sonra “qara bazar”a kütləvi dollarları çıxarmaqda şübhəli bilinən dövlət bankı olan Beynəlxalq Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən azad edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar