Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Reket baş redaktor milyonçu şairi də şantaj edibmiş

Tarix: 09-12-2016 15:01     Baxış: 4330 A- / A+
Reket baş redaktor milyonçu şairi də şantaj edibmiş


Bir neçə gün öncə həbs olunan “Bizim dövr” qəzetinin “reket” redaktoru Surxay Əliyev xeyriyyəçi şair Gülağa Tənhanı da şantaj edib. Bu barədə virtualaz.org-un redaksiyasına G. Tənhanın özü tərəfindən ünvanlanan müraciətdə bildirilir.

O, qeyd edir ki, 2008-ci ildə özü və yaxınlarını şantaj edən “reket” jurnalist ondan dövlət əleyhinə olan layihələri maliyyələşdirməyi tələb edib. Lakin rədd cavabı aldıqdan sonra onun haqqında əsası olmayan məqalələr yazmağa başlayıb:

“Mən rədd cavabı verdim. Bundan sonra mənim və yaxınlarım haqqında heç bir məntiqi və mənası olmayan iyrənc məqalələr yazıldı. Hüquq - mühafizə orqanları isə bu faktlara göz yumdular. Bu gün Mətbuat Şurasının və hüquq - mühafizə orqanlarının göz yumduğu hallar həddini aşıb. Bir çox məmurlar dövlətin - dövlətçiliyin - cənab prezidentin maraqlarını deyil , öz şəxsi maraqlarını güdürlər”, - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, S.Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tutulub və barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

O, əvvəlcədən əlbir olduğu qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini apararaq onları şantaj etməkdə, ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatlar dərc edərək bu fəaliyyətin dayandırılması müqabilində külli miqdarda pul tələb etməkdə günahlandırılır.

Sosial şəbəkələrdə S. Əliyevin bahalı “Hummer” markalı avtomobil sürməsi, Azərbaycan Nəşriyyatında yerləşən ofisində 15 min manatlıq kresloda əyləşməsi və üzərində kamera olan qələm gəzdirməsilə bağlı məlumatlar yayılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar