Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Mənə dələduz deyənlər…” - Məmmədbağır Bağırzadənin oğlu

Tarix: 09-12-2016 13:27     Baxış: 4362 A- / A+
“Mənə dələduz deyənlər…”

Mənə dələduzluq damğası vuranlar məhkəmə qarşısında cavab verəcək”.

Bunu Xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə bildirib. O, həqiqətən bir şəxsə pul borcu olduğunu təsdiqləyib:

“Mənim borcum var və məhkəmə qərarı ilə onu ödəyirəm. Amma bu dələduzluq deyil. Biz Mürvətlə dostuq. İstədik ki, iş quraq. Pul alıb iş qurduq. Elə oldu ki, alınmadı, ziyana getdik. Nəticədə mən Mürvətə borclu qaldım. Açığı mənim borcum 40 min olmayıb. Məbləğ çox az olub, sadəcə üstünə faiz gəldiyindən 40 min olub. Məni dələduzluqda ittiham edənlər qanun qarşısında cavab verəcək.”

Rahim Bağırzadə qeyd edib ki, bununla bağlı bütün orqanlara müraciət edəcək: “Mən kiməsə qarşı səhv hərəkət etməmişəm. Xalqın içində olan adamam. Heç olmasa atama hörmət edəydilər . Mən Mürvətlə danışdım. Bunun mətbuata çıxmasına görə o, özü də pis olub. Deyir ki, “sən mənə olan borcunu ödədiyin halda niyə mətbuata çıxım, nəsə deyim?” Yəqin məhkəmədə bunu yazan mətbuat orqanı məlumatın hardan aldığını da deyər. Bu xəbərdən ailəm sarsılıb, hamı bir-birinə dəyib.”

Bir müddət əvvəl bir neçə saytda mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadənin əmlakına məhkəmə tərəfindən həbs qoyulması barədə xəbərlər yazılıb. Yazılan xəbərlərə görə, Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək Rahim Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. Mürvət Abdullayev Rahim Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini deyib.gediş etdi. Martin bir ara etdiyi taklitlerle sevgilisini güldürdü. Məşhur müğənninin sol ayaq biləyinə taxdığı imtina aksessuarı olan halhalını yenə çıxarmadığı da nəzərdən qaçmadı.(Aznews.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar