Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli İnsanovdan yeni xəbər var

Tarix: 09-12-2016 13:10     Baxış: 3328 A- / A+
 Əli İnsanovdan yeni xəbər var

Tofiq Yaqublu: “Əgər ona sovqat aparsam...”;

Fərəc Kərimli: “Daim məlumatım olur”


Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun əlavə cinayət maddələri ilə barəsində 3 ay seçilən həbs-qətimkan qərarından iki ay ötür. 11 illik cəzası başa çatdıqdan sonra azad edilməyən sabiq nazir hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ə.İnsanov barəsində həbs-qətimkan qərarı seçildiyi gündən bu günə qədər diqqətçəkən bir məqam var. Belə ki, sabiq nazir və çevrəsi, eləcə də, vəkili son iki ayda demək olar ki, mətbuatdan və ictimaiyyətə açıqlama verməkdən qaçırlar. Bu ayında sonunda əfv sərəncamına düşə biləcəyi ilə bağlı yayılan xəbərlər də artıq mümkünsüz görünür. Çünki onun məhkəməsinin Yeni ilə qədər başlayacağı və başa çatacağı deyilirdi. Lakin görünən odur ki, sabiq nazirin məhkəməsi Yeni ildən sonraya qaldı. Bu da onun əfvə düşmək şansının üzərindən birdəfəlik xətt çəkdi.

13 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən sabiq nazirlə birlikdə həmin müəssisədə olan keçmiş siyasi məhbuslardan onunla maraqlanıb-maraqlanmamalarını soruşduq.

Müsavat başqanının müavini Tofiq Yaqublu sabiq dövlət məmuru ilə daim maraqlandığını bildirdi: “Əli müəllim başda olmaqla digər siyasi məhbuslarla daim maraqlanıram. Onlar hər zaman diqqətimdədir. Yeri gəlmişkən bildirim ki, diplomatik korpusun nümayəndələri ilə görüşlərim olur və hər görüşümdə bu məsələni qaldırıram. Çox təəssüf ki, Əli müəllimlə görüşmək, əlaqə yaratmaq imkanlarımız yoxdur. Əgər ona sovqat aparsam belə bilirəm ki, onu məndən qəbul etməzlər. Onun belə bir problemi də yoxdur. Ailəsi onu təmin edir. Əsas problem onun azadlığa buraxılmamasıdır. Bu yaşda olan, 11 il həbsdə yatmış bir akademikə bu qədər qəddarlıq etmək ağıla sığmayan bir əməldir. Buna çox təəssüflənirəm. Onun azadlığa buraxılması üçün hamı çalışmalıdır”.

Sabiq nazirlə bir müddət eyni müəssisədə cəza çəkən Müsavat başqanının digər müavini Fərəc Kərimli Ə.İnsanovun vəkili vasitəsilə onunla hər zaman maraqlandığını bildirdi: “Yanına getməyimizin mümkünsüz olduğu məlumdur, çünki görüşə icazə verilməz. Amma vəkili vasitəsilə Əli İnsanov barədə daim məlumatım olur. Əhval-ruhiyyəsi, vəziyyəti yaxşıdır. Başqa məlumatım yoxdur”.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar