Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabitliyin pozulması üçün alınan pullar... - Ekspert

Tarix: 23-08-2019 08:20     Baxış: 3192 A- / A+
Sabitliyin pozulması üçün alınan pullar... - Ekspert

Hazırda xaricdən sosial şəbəkələr, xüsusilə Yutub üzərindən antiazərbaycan təbliğatı aparan qüvvələr vaxtilə Azərbaycanda QHT işinə görə ittiham olunmuş şəxslərdir.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədr müavini, media eksperti Müşfiq Ələsgərli deyib. O, adıçəkilən qüvvələrin hər zaman bu cür işlərlə məşğul olduğunu bildirib:

“Bu qüvvələr 2014-cü ilə qədər Azərbaycanda QHT adı ilə fəaliyyət göstərirdilər. Sonra məlum oldu ki, onlar qrant adı altında xaricdən milyonlarla vəsait alır. Həmin vəsaiti də qeyri-qanuni olaraq müxalifət partiyalarının və müxtəlif müxalif siyasi qrupların maliyyələşməsinə yönəldirdilər. Bu da qəbulolunmaz olduğu üçün onlara qarşı hüquqi ölçü götürüldü. Belə olan halda bu şəxslər və ya qruplar müəyyən mərkəzlərin köməyilə Azərbaycandan xaricə getdilər. İndi də vaxtilə onlara QHT adı altında pul verən həmin mərkəzlər Azərbaycanda sabitliyin pozulması proseslərini həyata keçirmək üçün onları internet televiziyalar vasitəsilə maliyyələşdirirlər”.

M.Ələsgərlinin sözlərinə görə, Azərbaycan gücləndikcə, müstəqil siyasət yürütdükcə, özü öz taleyinə sahib çıxdıqca ölkəmizə qarşı xaricdən edilən hücumlar ifrat halını alır:

“Ədalətsiz, qərəzli mübarizə o qədər açıq müstəviyə keçib ki, artıq bu oyunu quranlar niyyətlərini gizlədə və fəaliyyətlərini arqumentləşdirə bilmirlər. Hamıya məlumdur ki, o şəxslər işləməyən, gecə gündüz oturub ancaq Azərbaycana qarşı təbliğat aparanlardır. Onların Avropada necə dolanmasını, internet televiziyalarını necə idarə etməsi sual doğurur. Hamımız bilirik ki, bu texnologiyaların alınması və s. xeyli xərc tələb dir. Təbii ki, bu proseslərin hamısı üçün pul təmin etmək onların öz imkanı daxilində deyil və bu vəsait müəyyən mərkəzlər tərəfindən verilir. Həmin vəsaitlər heç də şəffaf deyil.

Ölkəmizə qarşı kampaniya aparan bu siyasi mühacirlər bu vəsaitdən həm, özləri üçün istifadə edirlər, həm də onu müxtəlif yollarla Azərbaycana ötürürlər. Məqsədləri Azərbaycan dövlətində, Azərbaycan cəmiyyətində ictimai çaşqınlıq yaratmaqdır. Amma əmin olsunlar ki, buna heç vaxt nail ola bilməyəcək”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar