Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Onun qəzeti MTN-nin himayəsi altında idi”

Tarix: 09-12-2016 00:14     Baxış: 3346 A- / A+
“Onun qəzeti MTN-nin himayəsi altında idi”

“Habil Vəliyev “MTN İşi” ilə bağlı istintaqa cəlb olunmalıdır”


“Hələ bir neçə ay əvvəl müəyyən qaynaqlara istinadən Azərbaycan hökumətinin “reket jurnalistlər”in həbsinə başlayacağını yazmışdıq. Həmin xəbərimizdə Azərbaycan məmuru, həkimi, sahibkarı üçün “Qoçu Əsgər” rolunu oynayan Habil Vəliyevin də qandallacağını ictimaiyyətə elan etdik”.

Bu fikirləri Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli DTX-nin “reket media” ətrafında apardığı son əməliyyatlara münasibətində söyləyib.

Bununla belə Pərviz Həşimli söyləyib ki, Habil Vəliyevin uzun illər cəzasızlıq mühitində qalması onun MTN tərəfindən himayə olunmasıyla bağlı olub: “Bu adam heç kəsi saymırdı. Çünki, MTN tərəfindən birmənalı müdafiə olunurdu. MTN-nin şərləyərək pul almaq istədiyi məmur, sahibkar barəsində ona informasiya sızdırdırdı və həmin informasiya qəzetdə gedəndən sonra qurban tora düşürdü. Mənim dəqiq məlumatım olub ki, Habil Vəliyev üçün MTN ayrıca Yasamal məhkəməsində hakim belə ayırmışdı. Habil Vəliyevdən olan bütün şikayətlər Akşin Əfəndiyevə verilirdi və o da onu məsuliyyətdən xilas edirdi. Həmin hakim 2 ay əvvəl işdən qovulub. Ona görə də hesab edirəm ki, Habil Vəliyev “MTN işi” çərçivəsində istintaqa cəlb olunmalıdır. MTN dağılandan sonra maraq üçün o qəzeti bir neçə gün monitorinq etdim. Şantaj xarakterli yazılardan əsər-əlamət yoxdu. Təhlükənin sovuşduğunu gördükdən sonra yenidən ampuluasına qayıtdı”.

Pərviz Həşimli xatırladır ki, hələ həbsindən 1-2 ay öncədən MTN “Gündəlik-Bakı” adlı qəzetdə onun və bəzi yüksək vəzifəli məmurlar barəsində böhtan xarakterli sifarişləri dərc olunub: “O qəzet ciddi qəbul olunmurdu deyə, ona cavab verməyi lüzum görmürdük. Ancaq məni həbs edəndə MTN generalları “Gündəlik-Bakı”da yazdırdıqlarını qabağıma qoydular”.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar