Xəbər lenti
Daha bir "reket" jurnalist həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı daha bir reket jurnalist tutulub.
Bu, “Bizim dövr” qəzetinin baş redaktorunun müavini Hikmət Nəcəflidir.
Səbail Rayon Məhkəməsində isə onun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
Məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Məhkəmə qərarına əsasən, H.Nəcəfli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda) maddələri ittiham olunur.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsi DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı tutulan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin də barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar