Xəbər lenti
Zakir Həsənov mükafatlandırma mərasimində - Şəkil

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən axar.az-a bildiriblər ki, nazir Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə birgə poliqonda təşkil olunan “Dostluq evi”nə gəliblər. Burada onlar iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.
Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Hərbi-tibbi estafet”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar