Xəbər lenti
Azərbaycanın qəzaya uğrayan təyyarəsinin yeni qalıqları tapıldı
Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin qalıqlarını Xəzər dənizindən çıxarıb.
İnterfax.az-ın məlumatına görə, Türkiyə Müdafiə Nazirliyinin Twitter mikrobloqunda dərc olunmuş məlumatda belə deyilir.
Məlumatda bildirilir: “Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu Xəzər dənizinə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qalıqlarının sudan çıxarılması istiqamətində işləri davam etdirir”.
Nazirlik qeyd edir ki, pilotun və “qara qutu”nun axtarışları hava şəraitinə uyğun həyata keçirilir.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Xəzər dənizinə düşmüş Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və pilotunun axtarışı məqsədi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin sualtı axtarış xilasetmə qrupu 10 nəfərlik şəxsi heyətlə Azərbaycana yola salınıb.
Qeyd edək ki, axtarış işlərinə, Rusiya Federasiyası Xəzər Donanmasının xilasetmə dəstəsinin mütəxəssisləri də qoşulublar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar