Xəbər lenti
Sabahın hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Manevr.az-a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi xeyli aşağı 775 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.
Departamet bildirib ki, dekabrın 09-da Bakıda və Abşeron yarımadasında arabir güclü cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu 2-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji proqnoza görə isə dekabrın 09-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişsizdir. Dekabrın 10-da isə meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişsizdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































