Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu maşınların qapısını bir dəqiqədən də az müddətə açmaq mümkündür

Tarix: 14-08-2019 22:23     Baxış: 3191 A- / A+
Bu maşınların qapısını bir dəqiqədən də az müddətə açmaq mümkündür


Avtomobil istehsalında təhlükəsizlik sistemi ildən-ilə təkmilləşdirilir, bununla da avtomobil oğrularının qarşısında daha çətin “vəzifə” qoyulur. Bunu sübut və təkzib etməkdən ötrü “What Car” nəşrinin ekspertləri Böyük Britaniya bazarının yeddi ən populyar avtomobilini seçərək onların qapısını açmağa cəhd ediblər.

“Carsweek” xəbər verir ki, eksperimentdə “Land Rover Discovery”, “Land Rover Discovery Sport”, “Audi TT RS”, “Ford Fiesta”, “Mercedes Benz A-class”, “BMW X3” və “DS3 Crossback” avtomobillərindən istifadə olunub. Bu modellərdən hər biri açarsız daxilolma sisteminə malikdir. Ekspertlər daha çox “BMW X3” və “Ford Fiesta” modelləri ilə əlləşiblər. Bu avtomobillərin qapısını açmaqdan ötrü onlar hər modelə 40 saniyə vaxt sərf ediblər. Onlara “hadisə yerini” tərk etməkdən ötrü daha 20 saniyə tələb olunub.
“Mercedes Benz A-class” markasına 30 saniyə, “Land Rover Discovery”yə cəmi 20 saniyə sərf olunub, lakin bu avtomobili sürmək mümkün olmayıb.
“Land Rover Discovery”nin idman versiyasının müdafiədə daha zəif olması məlum olub və avtomobil qısa 10 saniyə ərzində öz mövqeyini əldən verib.
Açarsız daxilolma sisteminin aktiv olduğu şəraitdə 10 saniyə ərzində “Audi TT RS” modelini qaçırmaq mümkündür. Eksperimentdə iştirak edən avtomobillər arasında ən “zəifi” isə “DS3 Crossback” modeli olub, onun öhdəsindən cəmi 5 saniyəyə gəliblər.
Nəticə budur: rahatlığı əhəmiyyətli dərəcədə yüksəldən açarsız daxilolma şübhəsiz ki, sizin avtomobilinizin təhlükəsizliyində zəif bənddir.Azərtac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar