Xəbər lenti
Paşinyan ABŞ-da Azərbaycana qarşı təxribata hazırlaşır - Ekspertdən xəbərdarlıq
“Ermənistanın baş naziri Nikol Paşinyan Amerikaya səfərə hazırlaşır. O, sentyabrın 22-də ABŞ-ın Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır”.
Manevr.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Los-Anceles İrəvandan sonra bəlkə də ermənilərin ən çox olduğu şəhərlərdən biridir: “Aydındır ki, görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də qatılacaq. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Paşinyanın Amerikadakı ermənilərlə görüşünün bir neçə məqsədi var.
Birincisi, Paşinyana Ermənistanda nəyisə dəyişmək üçün pul lazımdır. Beynəlxalq maliyyə təşkilatları və böyük dövlətlər Paşinyana bu bir ildə pul vermədilər. Ona görə də Paşinyanın yeganə ümidi varlı erməni diasporunun üzvlərinədir. Paşinyan Los-Ancelesdəki çıxışında açıq pul dilənməsə də, erməni diasporunun Amerikadakı nümayəndələri ilə qapalı görüşlərində bu mövzudan yan keçməyəcək. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan xaricdə pulu əsasən doğulduqları və separatçılığa başladıqları Dağlıq Qarabağın ehtiyacları üçün istəyirdilər. Paşinyanın belə bir dərdi yoxdur, tam əksinə Qarabağ separatçıları onunla ixtilaf içində olduğu müddətdə onun Dağlıq Qarabağ üçün xüsusi olaraq maliyyə toplamağa marağı yoxdur. Maliyyə Paşinyana Ermənistan üçün lazımdır.
İkincisi, Paşinyanın Los-Ancelesdəki ermənilər qarşısında çıxışının əsas tezisləri üzərində düşünməyə dəyər. Paşinyanın bir illik hakimiyyəti göstərdi ki, onun söz ehtiyatı bol deyil, müxalifətdə ikən Serj Sərkisyanı yıxmaq üçün dağıdıcı şüarları diqqəti cəlb edirdi, ancaq o hakimiyyətə gəldikdən sonra böyük kütlə qarşısındakı çıxışlarında çətinlik çəkir, çünki verilən vədləri yerinə yetirmək lazımdır. Onun Xankəndidəki 2050-ci ilə (?!) hədəflənmiş çıxışı isə ermənilər arasında məzhəkəyə səbəb oldu. Mümkündür ki, Paşinyan Los-Ancelesdəki çıxışında Tehranda və Xankəndidə ermənilər qarşısındakı tezisləri təkrarlasın.
Üçüncüsü, Paşinyanın Los-Ancelesdəki çıxışı zamanı Tehrandakı təxribatın təkrarlanması ehtimalı var. Paşinyan Tehranda çıxış edərkən İran erməniləri “Qarabağ Ermənistanındır” şüarını qaldırmışdılar. Erməni ermənidir, istəyir, İrandakı olsun, istər Amerikada. Ona görə sentyabrın 22-ə Azərbaycan Xarici İşlər Nazirliyi və onun Los-Ancelesdəki konsulluğu da hazırlaşmalıdır. Qabaqlayıcı adımlar haqqında düşünməyə ehtiyac var, sonrakı bəyanatların onsuz da xeyri yoxdur, daşa dəyib qayıdır”./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar