Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mübariz Mənsimova qarşı bu cür hallar aradan qalxsın” - MİLLƏT VƏKİLİ

Tarix: 12-08-2019 10:23     Baxış: 4321 A- / A+
“Mübariz Mənsimova qarşı bu cür hallar aradan qalxsın” - MİLLƏT VƏKİLİ


"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adının böyük bir gəmiyə verilməsi vətəndaş kimi məni qürürlandırdı.Mən buna görə, "Palmali” şirkətlər qrupunun rəhbəri həmyerlimiz Mübariz Mənsimova təşəkkür edirəm. Bu gün onun gəmiləri dünya sularında "Heydər Əliyev”, "Zərifə Əliyeva”, "Məhəmmməd Əmin Rəsulzadə”, "Bəxtiyar Vahabzadə”, "Mübariz İbrahimov” və başqa dahi şəxsiyyətlərimizin adı altında üzür. Azərbaycanın dahi şəxsiyyətləri dünya miqyasında bu yolla əbədiləşdirilərək tanıdılır. Mən sevinirəm ki, Azərbaycanı bu cür sevən , onun keçmişini qiymətləndirən belə eloğlanlarımız var”.

Manevr.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Gununsesi.org-a açıqlamasına azərbaycanlı iş adamı Mübariz Mənsimovun AXC lideri Məhəmməd Əmin Rəsulzadənin adını gəmisinə verməsi faktına münasibətində söyləyib.

Fəzail Ağamalı bildirib ki, Mübariz Mənsimovu bu yaxınlarda yaxından tanımaq imkanı olub:
"Türkiyədə olarkən, mən Mübariz Mənsimovla tanış oldum, bir süfrənin arxasında oturduq, çörək kəsdik, geniş xarakterli müzakirələr apardıq. Mən onun bir daha vətənimizə, dövlətimizə, öz dilindən söyləmiş olduğu yüksək fikirlərin şahidi oldum və o, hər zaman dediyi sözü bir daha xatırlatdı ki, "Mən vətən, müstəqilliyik, dövlətimizmiz üçün bütün imkanlarımdan, hətta canımdan belə keçməyə hazıram”

Eyni zamanda dəfələrlə ulu öndərimiz Heydər Əliyevə sədaqətini, ona bir vəfa borcu olduğunu dilə gətirdi. Onun Mübariz Mənsimovun həyatında oynamış olduğu müstəsna rolu yüksək səviyyədə qiymətləndirdi. Bu, doğrusu məndə ciddi təəssürat yaratdı və düşündüm ki, o, müstəqil adamdı, kifayət qədər maddi imkanları var. Yetərincə səmimi idi. Bu, əlbəttə, məndə böyük təəssürat yaratdı eyni zamanda onun uzun illərdən bəri Azərbaycanın tarixi şəxsiyyətlərin adını əbədiləşdirilməsi ilə bağlı atmış olduğu addımlar da hər zaman yüksək qiymətləndirilibdir.

Bunun özü də mən düşünürəm ki, Azərbaycan tarixinə, Azərbaycan xalqına xidmətin bir formasıdır. Mübariz Mənsimov Türkiyədə oxuyan tələbələrimizə yardım göstərir. Onların sonradan işlə təmin olunmasına da öz köməkliyini əsirgəməyib. Dediyinə görə, 40 minə yaxın işçisi var onun 12 mini azərbaycanlılardır və bütün şirkətə azərbaycanlıları cəlb etməyi qarşısına məqsəd qoymuşdur”.

"Mübariz Mənsimov dəfələrlə prezidentə, dövlətə sədaqətini ifadə etsə də, bizim yerli mediada ona qarşı kampaniya aparılır. "Sizcə bunu yazdıranların məqsədi nədir?” sualına millət vəkili belə cavab verib:

İlk növbədə mən bu yazıların əleyhinəyəm. Bilmirəm bunun kökü hardan qaynaqlanır, bunu demək mənim üçün çətindir. Onu deyim ki, bu tip qarşı tərəfi istər-istəməz qıcıqlandırır. Həmin yazılara son qoymaq lazımdır. Çünki, o dəfələrlə prezidentin və dövlətimizin əsgəri olduğunu önə çəkib. Məncə, dediklərində hər hansısa bir siyasi məqam yoxdur. İndi ola bilsin ki, hansısa səbəbdən ona qarşı hücumlar, doğru olmayan addımlar var. Düşünürəm ki, bu yaxşı hal deyil və mən çox arzulayardım ki, Mubariz Mənsimova qarşı bu cür hallar aradan qalxsın. Mənsimov hər zaman özünün konkret imkanları ilə Azərbaycan dövlətçiliyinə xidmətlərini əsirgəmir. Öz imkanları ilə vətəndaş mövqeyində çıxış edib, köməkliyini göstərib. Gəldiyim qənaətə görə, onun düşüncələrində və fəaliyyətində siyası ambisiyalar yoxdur. Biz çalışmalıyıq ki, onun imkanlarından dövlətimiz bəhrələnsin”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar