Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Anarın ittihamlarına gənc yazarlardan cavab: "Bundan sonra doğrudanmı sədr olaraq qalacaqsınız?“

Tarix: 10-08-2019 19:23     Baxış: 2244 A- / A+
Anarın ittihamlarına gənc yazarlardan cavab: "Bundan sonra doğrudanmı sədr olaraq qalacaqsınız?“

AYB sədri, yazıçı Anarın "Yeni Müsavat" a verdiyi son müsahibəsi gənc yazarların qəzəbinə səbəb olub.

Belə ki, müsahibədə adları keçən, bu günlərdə AYB sədrliyinə namizədliklərini irəli sürən gənc şairlər Emil Rasimoğlu, Fuad Cəfərli, Tural Turan musavat.com-a danışaraq, öz sərt mövqelərini bildiriblər.

Şair Emil Rasimoğlu xalq yazıçısının varis haqqında açıqlamalarını tənqid edib: "Anar müəllimin müsahibəsi ilə tanış oldum. Doğrusu müsahibədə səsləndirdiyi fikirlərə qarşı laqeyd qala bilməzdim. Axı bu qədər də demokratik baxışdan uzaq olmaq olar? Axı gəncliyə qarşı bu qədər də uzaqdan baxmaqmı olar? Həm də necə deyərlər yad planet misalı...
Müsahibənin bir hissəsində Anar müəllim varis axtardığını, bu plan üzərində illərdi işlədiyini qeyd edir. Mən başa düşə bilmirəm, seçki hüququ olan yerdə, sədrin seçki ilə seçildiyi yerdə hansı varis anlayışından danışmaq olar?! Məgər, AYB-yə sədr seçki yolu ilə seçilmir? Axı Anar müəllim niyə varis haqqında düşünməli, çıxış etməlidir? Onun bu haqda düşünməyi (hələ düşünüb hansısa bir addım atacağını demirəm) nəinki AYB nizamnaməsinə, eləcə də mənsub olduğum ölkə qanunvericiliyinə zidd deyilmi? Anar müəllim ən yaxşı halda kimisə namizəd kimi görə bilər, daha varis kimi yox...
Anarın ittihamlarına gənc yazarlardan cavab: "Bundan sonra doğrudanmı sədr olaraq qalacaqsınız?“

Müsahibənin digər hissəsində isə Xalq yazıçısı AYB-nin XIII qurultayında namizədliyini irəli sürəcək gənclərdən söz düşəndə mənim və digər iki həmkarımın adı çəkilərkən tanımadığını vurğulayıb, "üçü birdən sədr olar" deyib hətta ironiya edib, kinayə ilə gülür. Təbii ki, onun tanımamağı da həmin ironiyadan, kinayədən doğur! Sadəcə qeyd edim ki, mən Emil Rasimoğlu və adı çəkilən digər iki nəsldaşım AYB-nin üzvü, Prezident təqaüdçüsüdür. Kinayə ilə, ironiya ilə gülməyə gəldikdə isə, sadəcə çox acınacaqlıdır. Həm də çox! Yaşamaq istəyirsənsə sabahı, işıq istəyirsənsə gəncliyi sevmək lazımdır. Sağlam düşüncəli gəncliyə gülmək, ironiya etmək sabahlarını inkar etməkdir, yaşamaq istəməməkdir, hörmətli Anar müəllim!"
Anarın ittihamlarına gənc yazarlardan cavab: "Bundan sonra doğrudanmı sədr olaraq qalacaqsınız?“

Yazar Fuad Cəfərli isə AYB sədrinə bu cür cavab ünvanlayıb:

"Siz çox yaxşı bilirsiniz biz kimik. Əgər başqa cür olsaydı, bizim vəsiqənin üzərində sizin imzanız olmazdı. Hələ Gənclər Şurasının üzvü olmağımızı demirəm.

Əslim Azərbaycan tarixinin Aşağı Mollu ismində göz açıb. Nəslimi də xəbər alsanız deyərlər kimlərdi. Böyüyə hörmət, kiçiyə ehtiram tezisi ilə böyüdük. Yəni sədrin üzərinizə düşəni etməməsi (ehtiram göstərməməyi) bizim günahımız deyil, əziz oxucu və ya yazıçı. Mənə görə, demokratiyanın məğlubedilməziliyinin sirri qorxsa belə aristokratlığına toz qondurmamağındadır.

Sonda nidasız, nöqtəsiz sədrə bir sualım olacaq. Hörmətli sədr, ilk dəfə sözü harda itirmisiniz?"
Anarın ittihamlarına gənc yazarlardan cavab: "Bundan sonra doğrudanmı sədr olaraq qalacaqsınız?“

Gənc yazar Tural Turan: "AYB-nin hazırkı sədri Anarın "Yeni Müsavat" qəzetinə müsahibəsini oxudum. Adam (Anar) keçmiş sədr kimi danışır. Deyir ki, nə Tural Turanı, nə Fuad Cəfərlini, nə Emil Rasimoğlunu tanıyır. Üstəlik, sual edir ki, birliyin üzvüdürlər? Özü də rişxəndli gülüşlə. Onu da deyir ki, qurultayda namizədliklərini verərlər, üçü də birdən sədr olarlar. Jurnalistin qeydinə inansaq yenə gülüb.
Birincisi, bəli, Anar müəllim, hər üçümüz AYB-nin üzvüyük. Gülməyin cənab sədr, üzvlük vəsiqəmin altında sizin imzanız var, səliqəli xətlə "anar" yazıb qol çəkmisiniz. Adları çəkilənlərin hər üçü azı 3 ildir ki, rəhbərlik etdiyiniz birliyin üzvləridir. Belə çıxır ki, sizin azı 3-4 ildir Yazıçılar Birliyindən xəbəriniz yoxdur. Sizi kimlərinsə seyfində mürgü döyən imzalı möhürünüz (signer) əvəz edir?!

Anar müəllim, axı sizin imzanızla və təsdiqinizlə bizə Prezident təqaüdü verilib? Yoxsa orada da sizi texniki imza əvəz edib? Yoxsa, siz demiş, AYB-ni üç nəfərlə idarə edirsiniz? Deyin, bilək. Yaxşı, deməsəniz də artıq bildik... Amma bir şeyi başa düşmürəm, başdan-başa özünü hörmətdənsalma konteksti olan bu müsahibədən sonra doğrudanmı sədr olaraq qalacaqsınız...

Bu müsahibədə sizi tanıdım. Özü də çox yaxşı tanıdım. Sənətinə hörmət qoyduğum adamın nəvəsi yaşındakı nəslin nümayəndələrinə rişxəndinə acıdım. Qəribədir, bu rişxəndin altında qorxu vardı, hürkü vardı...Anar bəy, mən ziyalı və kökü 250 ilə dayanan Çalhasanlılar kimi bir köklü nəslin nümayəndəsiyəm. Narahat olmayın, bundan sonra da sənə "Siz" deyə müraciət edəcəyəm. Öz ad-sanım, şəxsiyyətim, aldığım tərbiyə arxanızca rişxəndli gülməyimə imkan verməz.

Siz bu günə qədər mənim xatirimdə "Macal" və "Qırmızı lumizin"lə qalacaqdınız. Bundan sonra hər hərfindən eybəcərlik yağan bu rişxəndli gülüşünüzlə...

Hə, yadımdan çıxmamış onu da deyim ki, qırmızı lumizinin nömrəsi dəyişib: 20-19-dur və daha qırmızı rəngli maşınlara birinci Fəxri Xiyabanın qarşısında dayanmağa icazə verilmir. İndi adını çəkdiyim yerin beşaddımlığından badımcan rəngli taksilər şütüyür. Çünki dövr dəyişib, Anar müəllim. Üç günə yazdığınız və 20 Yanvar hadisələrinin 30 illiyinə həsr etdiyiniz tələmtələsik pyesin mürəkkəbinə and olsun ki, dəyişib. Elə siz də... Daha ağ-qara göstərirsiniz. Qonşumuz İman belə dəyişib "çornıy-bel" televizorunu... Bircə AYB-nin "Qırmızı lumizin"in "antennasını" dəyişən olmadı, Anar müəllim. İmkan olsa, əl gəzdirərsiniz... "Qırmızı lumizin"dəki "amerikanski radionun" daha dalğa tutmağı bacarmayan antennasına... “


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar