Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Sputnik"in baş redaktorundan Azərbaycan əleyhinə paylaşım -ŞƏKİL

Tarix: 10-08-2019 16:06     Baxış: 4305 A- / A+
"Sputnik"in baş redaktorundan Azərbaycan əleyhinə paylaşım -ŞƏKİL

Azərbaycanda və dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən "Sputnik" xəbər agentliyinin baş redaktor, erməni əsilli Marqarita Simonyan Azərbaycanı işğalçılıqda ittiham edib.

Manevr.az xəbər verir ki, "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında əlində avtomat silah tutan yaşlı bir qadının şəkilini paylaşıb. Həmin şəkilin üzərində isə "106 yaşlı erməni qadın öz evini qoruyur. 1990-cı il", - yazılıb.
Qeyd edək ki, Marqarita Simonyan şəkili paylaşarkən belə yazıb: "Mənim sizin "Faceapp" proqramına (insanın üz cizgilərini onun yaşına görə dəyişdirən proqram) ehtiyacım yoxdur, çünkü mən qocalanda bu cür görünəcəyimi bilirəm".
Marqarita Simonyanın paylaşdığı şəkilə rəy yazanlar bildiriblər ki, bu şəkil Dağlıq Qarabağda Mardakert (Ağdərə) rayonunda çəkilib.
Onu da qeyd edək ki, "Sputnik"in baş redaktor bu şəkili paylaşmaqla həm də azərbaycanlıların 1990-cı ildə Dağlıq Qarabağa hücum etdiklərinə işarə vurur.
Məlumat üçün bildirək ki, Marqarita Simonyan "Sputnik" xəbər agentliyilə bərabər "Russia Today" telekanalının da baş redaktorudur. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Marqarita Simonyanı yüksək dövlət mükafatı olan "Aleksandr Nevski" ordeni ilə təltif edib. Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir.yeniavaz.com
"Sputnik"in baş redaktorundan Azərbaycan əleyhinə paylaşım -ŞƏKİL


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar