Xəbər lenti
Azərbaycanın hissləri ilə oynamaq... - Nikolun provokativ tələsi
Manevr.az millət vəkili, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidovla Nikol Paşinyanın Xankəndi bəyanatı və onun doğura biləcəyi nəticələr haqda müsahibəni təqdim edir:
– Paşinyan Qarabağda bir sıra iddialı bəyanatlarla çıxış etdi. Bu bəyanatlardan biri də “miatsum”la bağlı idi. Sizcə, bu bəyanatın nəticələri nə olacaq? Bəyanat Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına hansı formada təsir göstərəcək?
- Paşinyanın hərəkətləri, rəqsi, mahnı oxuması hansısa formada Azərbaycan xalqının hissləri ilə oynaması, Azərbaycanı qıcıqlandırması onun zəifliyini göstərir və populist siyasətçi olduğunu sübuta yetirir. Bütün bunlar onun real məsuliyyəti daşımaq iqtidarında olmadığından xəbər verir. Çünki məsələləri həll etmək iqtidarında olan siyasətçi danışıqlar prosesində xalqın maraqlarını müdafiə edib, hər hansı bir razılığa gəlməlidir. Yox əgər danışıqlardan qaçırsa, danışıqlar prosesinə müdaxilə edirsə, deməli, nə ciddi, nə də güclü siyasətçidir. Bu həm də onu göstərir ki, Paşinyan özü üçün məsuliyyətdən boyun qaçırmaq siyasətini seçib. Son olaraq isə bu onun göstəricisidir ki, Paşinyan Ermənistan xalqının problemlərinin həlli üçün deyil, onun faciəsi üçün çalışır. Ona görə də biz başa düşməliyik ki, özünü məsuliyyətdən azad edərək, provokativ addımları ilə bu məsuliyyəti Azərbaycan tərəfinin boynuna yıxmaq istəyir. Bu insan özündə güc tapıb həqiqətləri qəbul etmək istəmir. Həqiqət isə ondan ibarətdir ki, erməni xalqının faciədən, problemlərdən azad etməyin bir yolu var: Azərbaycanla normal münasibətlər qurub, danışıqlar prosesində iştirak edib, beynəlxalq qanun çərçivəsində razılığa gəlmək. Bunu qəbul edə bilmirsənsə, qaçırsansa, deməli, sən siyasətçi deyilsən. Siyasətlə məşğul olursansa, bu istiqamətdə gedən prosesləri dərk edib lazımi addımları atmalısan. Hansısa bir xalqa xoş gəlmək, hansısa xalqı qıcıqlandırmaq üçün populist çıxışlar etmək, müvəqqəti dividentlər qazanmaq yersizdir. Çünki bu, gələcəkdə çox mənfi nəticələrə gətirib çıxara bilər.
– Paşinyanın bu bəyanatı sülh danışıqlarının bitdiyini göstərirmi?
– Paşinyanın qurduğu provokativ tələ özünü aydın şəkildə göstərir. Və danışıqlar prosesində Azərbaycan birbaşa Ermənistanla münaqişəni həll etmək istiqamətində gördüyü işlər həmsədrlərin gözü qabağındadır. Bu ölkələr başa düşür ki, Paşinyanın atdığı addımlar onların hımsədrlik etdiyi danışıqlar prosesinə xələl gətirir. Paşinyan iki gün əvvəl “Dağlıq Qarabağ Ermənistandır” deyir, ancaq bir gün sonra Prezident Aparatının əməkdaşı onu təkzib edir. Görün bunlar özlərini nə dərəcədə gülünc vəziyyətə qoyublar ki, rəqs etməkdən başqa heç nəyə gücləri çatmır. Öz rəhbərlərinin sözlərini inkar edərək, özlərini faktiki rüsvay edirlər. Əgər bu sözü deyirsinizsə, onda danışıqlar prosesindən çıxın. Danışıqlardan çıxa bilmirsənsə, prosesin içində ola-ola onun gedişinin ziddinə bəyanatlar verirsənsə, demək, sən gücsüzsən.
Bu, populist bir siyasətdir ki, hansısa bir qrupa xoş gəlmək üçün fikir səsləndirilir, daha sonra isə öz adamlarından təkzib edilməsini rica edir. Paşinyan dərk etməlidir ki, bu addımları ilə erməni xalqını gülünc bir vəziyyətə qoyur. Erməni xalqının faciəsi ondan ibarətdir ki, onların rəhbəri ya cinayətkar, ya da populist olur. Bir ciddi siyasətçi tapa bilmirlər ki, Azərbaycan tərəfi ilə üzbəüz oturub, problemin həlli yolunu tapsın.
– Sizcə, hazırki situasiyada Azərbaycan diplomatiyasının mövqeyi necə olmalıdır?
– Azərbaycan tərəfi yürütdüyü siyasəti davam etdirməlidir. Paşinyan nə qədər tullanıb-düşsə də, heç bir halda Azərbaycanın ərazi bütövlüyünə, gücünə, nüfuzuna müdaxilə etmək iqtidarında deyil. Əksinə, bu cür bəyanatlar bizi gücləndirir, onu isə zəiflədir.
– Bütün bu baş verənlər gələcəkdə Azərbaycan tərəfinin Qarabağ istiqamətində hərbi əməliyyatlara başlamasına gətirib çıxara bilərmi?
– Torpaqlar mütləq azad olunacaq. Sadəcə olaraq bunun üçün tarixi bir zəruriyyət, tarixi bir məqam lazımdır. Bu gün biz artıq siyasi dividentlər əldə etmişik. Bizim mövqeyimiz daha güclüdür. Hazırda həmsədrlər düşünür ki, Paşinyanın bu bəyanatından sonra Ermənistanın hansı sözünə inansınlar? Belə olduğu halda isə artıq həmsədrlər beynəlxalq qanun çərçivəsində hərəkət etməyi üstün tuturlar və tutacaqlar. Biz də məhz bunu istəyirik. Buna görə də Azərbaycan yürütdüyü siyasəti davam etdirməlidir. Və beynəlxalq ictimaiyyət görməlidir ki, məsuliyyət bundan əvvəl də, bundan sonra da Ermənistanın və Ermənistanı təmsil edən şəxslərin üzərindədir.
– Minsk Qrupu həmsədrləri içində Ermənistana ən çox təsir etmək imkanı olan ölkə Rusiyadır. Biz gələcəkdə İrəvanın Qarabağla bağlı indiki mövqeyini dəyişdirməsi üçün Moskvayla hansısa danışıqlara başlaya bilərikmi?
– Bu danışıqlar prosesinin bütün iştirakçıları ilə əlaqədəyik. Və hesab edirəm ki, dünyanın ən aparıcı dövlətləri – həm ABŞ, həm Rusiya, həm Avropa təmsilçisi Fransa burada öz rolunu oynamalıdır və oynayır da. İndi onlar düşünməlidir ki, Paşinyan kimi məsuliyyətsiz bir adamı necə danışıqlara dəvət etsinlər./axar.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar