Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

SOCAR-dan əməkdaşlarının işdən çıxarılmasına reaksiya

Tarix: 07-12-2016 19:52     Baxış: 3321 A- / A+
SOCAR-dan əməkdaşlarının işdən çıxarılmasına


SOCAR-ın "Neftqaztikinti" trestinin 173 nəfər əməkdaşı işdən azad edilir.

APA xəbər verir ki, bunu Neftçilər Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı Feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

Hüquq müdafiəçisi bildirib ki, işçilər müqavilə vaxtının bitməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılır.

Trestdə "Ernst&Young" audit şirkəti tərəfindən yoxlama aparılır. "Yoxlamaların nəticələrinə əsasən trestin əməkdaşları işdən azad olunur", - deyə mənbə bildirib.

Qeyd edək ki, trestin 3000-ə yaxın əməkdaşı var.

SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli isə məsələyə münasibətində bildirib: "Hal-hazırda həmin obyektlərdə işlər başa çatdığı üçün ilin sonunadək 98 nəfər müvəqqəti layihə müddətinə işə qəbul edilmiş işçilərin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulub ki, həmin işçilərdən 17 nəfərinin əmək müqaviləsinə xitam verilib. Eyni zamanda, bildiyiniz kimi, SOCAR-da işə qəbul prosesi şirkət daxili Standartlar və Qaydalarla tənzimlənir ki, bunlara əsasən də müvəqqəti işçilərin daimi işə keçirilməsi yalnız müsabiqə yolu ilə aparılır. Bu baxımdan da “Neftqaztikinti” tresti tərəfindən təqdim ediləcək tədricən yaranacaq bütün vakansiyalar İnsan Resursları Departamenti tərəfindən rəsmi internet saytına veriləcək. Həmin insanlar da bu müsabiqədə iştirak edə bilərlər. Onların bir üstünlüyü də odur ki, artıq iş təcrübələri və bacarıqları vardır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar