Xəbər lenti
Ermənistan Naxçıvanla sərhəddə hasar hörməyə hazırlaşır

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin Yerevan nümayəndəliyinin rəhbəri Kleyr Meytronu qəbul edib.
Manevr.az xəbər verir ki, görüşdə beynəlxalq humanitar təşkilatın rəhbəri Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində müdafiə hasarları tikintisi barədə təklif irəli sürüb.
Belə ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində son vaxtlar artan gərginliyi müzakirə ediblər. Kleyr Meytro həmin istiqamətdə mülki sakinlərə, onların əmlakına “təhlükənin yaranmasından” narahatlıq ifadə edib və bildirib ki, Komitə Ermənistanın müvafiq strukturları ilə risklərin azaldılmasına dair pilot proqram həyata keçirməyə hazırdır. Proqram məktəblərin, uşaq bağçalarının və daha çox atəş altında qalan sahələrin ətrafında müdafiə hasarlarının çəkilməsini, habelə əhali arasında məlumatlandırma aparılmasını nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycan ordusu ötən il Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək mövqelərini bir neçə kilometr irəli çəkib, habelə strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyini tutub. Bu yüksəklikdən Ermənistandan Qarabağa gələn Gorus-Laçın avtomobil yolunu və bir sıra yaşayış məntəqələrini, habelə düşmən ordusunun mövqelərini nəzarətdə saxlamaq mümkündür.
Ermənistan Müdafiə Nazirliyi əvvəlcə Naxçıvan istiqamətində “heç nə baş vermədiyini” israrla bildirsə də daha sonra Azərbaycan ordusunun irəlilədiyini və nəticədə bəzi erməni yaşayış məntəqələrinin atəş altına düşdüyünü etiraf etməli oldu.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar