Xəbər lenti
Millət Vəkili: “Paşinyanın ağlı başına gətirilməlidir…”
Hesab edirəm ki, nəinki işğalçı və təcavüzkar ölkənin rəhbərinin, bütövlükdə heç kəsin Azərbaycanın rəsmi icazəsi və razılığı olmadan işğal altında olan Dağlıq Qarabağa səfəri, orada qondarma və separatçı rejimlə bir araya gəlməsi, işbirliyi qurması, yaxud, orada hansısa tədbirinin keçirilməsinə cəhd edilməsi yolverilməzdir, qəbulolunmazdır, bağışlanılmazdır, qanunsuzdur, beynəlxalq hüquq normalarının açıq və kobud şəkildə pozulmasıdır, cinayət əməlidir.
Dağlıq Qarabağ və ona bitişik bir neçə rayon 26 ildən çoxdur ki, Ermənistan tərəfdindən işğal altındadır, həmin ərazilərdə Azərbaycanın suveren hüquqları açıq və kobud şəkildə pozulub, tapdalanıb. İşğalçı Ermənistan və onun havadarlarının yaratdığı qondarma və separatçı rejim də bu illər ərzində irəliyə, konstruktivliyə, münaqişənin sülh və danşıqlar yolu ilə həllinə doğru bircə addım olsun belə atmayıblar, əksinə, münaqişənin həllinin uzadılmasına, status-kovunun qalmasına, ədalətin, sülhün bərpa olunmasına qarşı fəaliyyət göstərib, bu yöndə hər cür təxribatçılıq əməllərinə əl atıblar.
Bunu millət vəkili Eldəniz Səlimov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti, beynəlxalq birlik, ATƏT, onun Minsk qrupu və həmsədrlər də sadəcə, seyrçi, laqeyd, etinasız mövqe nümayiş etdirməklə məşğul olublar, Ermənistanın, qondarma rejimin cəzalandırılması üçün heç bir əməli və tutarlı addım atmaylblar, əksinə, bir çox hallarda işğalçı və təcavüzkarı, qondarma rejimi növbəti fintəkarlıqlara stimullaşdırblar, işğalçı ilə işğala məruz qalanı eyniləşdiriblər.
Millət vəkilinin fikrincə, eynilə də işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlərə saymazyana münasibət göstəriblər, özlərini görməməzliyə, eşitməməzliyə vurublar. Dəfələrlə bu və digər ölkələrin, bəzi beynəlxalq qurumların, xarici şirkətlərin nümayəndələri, elə Minsk qrupuna daxil olan dövlətlərin özlərinin bir sıra təmsilçiləri, siyasət, dövlət, iş, sənət adamları Azərbaycanın heç bir razılığı və icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfər ediblər, Azərbaycanın qanunlarını və beynəlxalq hüquq normalarını açıq-aşkar şəkildə tapdalayıblar.
“Bununla da bağlı Azərbaycan dövləti Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində dəfələrlə öz kəskin etirazlarını, xəbərdarlıqlarını bəyan edib, Dağlıq Qarabağa qanunsuz səfər edən və orada işbirliyinə gedənləri “arzuolunmaz şəxslər” siyahısına-“qara siyahı”ya salıb. Əməllərindən səmimi şəkildə peşman olanları, səhvlərini rəsmi şəkildə etiraf edənləri isə bağışlayaraq, həmin siyahılardan çıxarıb. Amma çox təəssüflər olsun ki, Dağlıq Qarabağa qanunsuz səfərlər yenə də davam edir, yenə də orada qanunsuz görüşlər, mərasimlər, təbdirlər keçirilir, yenə də dünya birliyi, beynəlxalq qurumlar, ən əsası, Minsk qrupu və həmsədrlər səssiz qalır, susur, görməzdən, eşitməzdən gəlirlər. Bu isə bir çoxlarını növbəti qanunsuzluğa, cinayət əməllərinə həvəsləndirir və şirnikləndirir.
Odur ki, işğalçı və təcavüzkar Ermənistanın hərdəmxəyal, bir sözü ilə o biri sözü düz gəlməyən, gah “Qarabağ münaqişəsinin bizə aidiyyatı yoxdur, bu, Azərbaycanla Dağlıq Qarabağ erməniləri arasında baş verən münaqişədir, özləri münaqişəni tərəflər olaraq həll etsinlər”, gah da “Qarabağ Ermənistanındır, Ermənistana birləşdirilməlidir” və sair deyən, sərsəmləyən Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə növbəti dəfə səfər, Xankəndidə mitinq keçirərək, münaqişənin alovlandırılmasına yönəlik çıxış etməsi, fikirlər söyləməsi, həmçinin, “ümumerməni oyunları” adlı cəfəng və bədnam tədbirin keçirilməsinə cəhd göstərilməsi həyasızlıqdır, boşboğazlıqdır, qanunsuzluqdur, ən əsası cinayət əməlidir. Paşinyan bu addımı ilə özündən əvvəlki cinayətkar Ermənistan rəhbərlərindən, Koçaryan və Sarkisyandan heç nə ilə fərqlənmədiyini göstərdi, bu səfəri ilə növbəti cinayət əməlinə əl atdı, növbəti dəfə beynəlxalq hüquq normalarına açıq-aşkar sayğısızlığını nümayiş etdirdi, beynəlxalq hüquqa meydan oxudu.
Hesab edirəm ki, Paşinyanın bu əməlinin, bu təxribatının cavabı verilməlidir, özü də onun anladığı və anlayacağı bir dildə. Xüsusilə də, münaqişənin illərdir uzadılmasına, uzanmasına səbəb olan Minks qrupu və həmsədrlər Ermənistan rəhbərinin bu qanunsuz, cinayət, təxribatçılıq əməllərinə, həyasızlığına ciddi şəkildə reaksiya göstərməli və öz cəza, təzyiq, təsir mexanizmlərini işə salmalıdırlar. Artıq onların yalançı vədlərindən, boşboğazlıqlarından bezmişik. Nəhayət, öz qəti sözlərini deməli, haqq, etiraz səslərini ucaltmalı, Ermənistanı, onun cinayətkar rəhbərliyini, siyasi elitasını növbəti cinayət əməllərindən birdəfəlik çəkindirməlidirlər. Azərbaycan xalqı və dövləti öz Ordusu ilə Ali Baş Komandanın istənilən əmrinə istənilən an hazırdır. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə 2016-cı ilin Aprel hadisələrində olduğu kimi, yenə də günlərin birində və bir an içində öz gücünü, öz qətiyyətini göstərməyə qadirdir.
Bunu Ermənistan da, ermənilər də, onların açıq-gizli havadarları da çox yaxşı bilirlər. Yaxşı bilirlər ki, Azərbaycan istənilən anda istənilən yolla öz torpaqlarını azad etmək qüdrətindədir və bir gün də bunu edəcək, bir daha öz qüdrətini nümayiş etdirəcək, Ermənistana, separatçılara gərəkən cavabını verəcək. Ancaq biz yenə də qan axıdılmasının, müharibə variantının əleyhinəyik, istəyirik ki, münaqişə sülh və danışıqlar yolu ilə ədalətli şəkildə həllini tapsın. Odur ki, avantürst erməni siyasətçiləri və rəhbərləri -başda da Paşinyan olmaqla – bir an olmayan ağıllarını başlarına toplamalı, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərləri, qanunsuz tədbirləri durdurmalı, işğala və təcavüzə son qoymalıdılar. Etməsələr, özləri peşman olacaqlar!”-deyə, E. Səlimov sözlərinə əlavə edib.
Millət vəkili Kamilə Əliyeva da Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinə, Dağlıq Qarabağ bölgəsinə növbəti səfərini qanunsuzluq, beynəlxalq hüquq normalarına açıq saymamazlıq və cinayət əməli kimi qiymətləndirib.
Qeyd edib ki, ona, eləcə də, işğalçı Ermənistana layiq olduğu cavab verilməlidir.
“Paşinyan son səfəri zamanı yenə də sayıqlayaraq, Qarabağı Ermənistan ərazisi və torpağı adlandırıb. Bu, xəstə təxəyyülün və xəstə təfəkkürün məhsuludur. O da əvvəlki hərbi və siyasi cinayətkar olan erməni rəhbərlərindən, kocaryanlardan, sarkisyanlardan heç nə ilə fərqlənmir, əksinə, bəzi hallarda hətta, onlardan da “qabağa” keçir, bütün hədləri və sədləri, əndazəni aşır. O da, digərləri də bilsinlər və qulaqlarından sırğa etsinlər ki, Dağlıq Qarabağ – Azərbaycandır, Azərbaycanındır, Azərbaycan torpağıdır, qədim türk yurdudur! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissədir.
Ermənistanın oyunbazlıqlarına, təcavüzkarlıq və işğalçılıq əməllərinə hələ də seyrçi, laqeyd münasibət bəsləyən BMT başda olmaqla, bütün beynəlxalq qurumlar, beynəlxalq ictimaiyyət də Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Odur ki, Azərbaycan dövləti və xalqı Ermənistanın işğalçılıq və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünü pozması ilə heç vaxt barışmayacaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək.
Həmçinin, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi bu ölkənin, onun rəhbərliyinin, siyasi elitasının əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir.
Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Bundan sonra danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk qrupunun həmsədrləri cavab verməlidir. Onlar artıq laqeyd, biganə, etinasız münasibətlərinə, davranışlarına son qoymalıdırlar, Ermənistanın və onun fitnəkar siyasətçilərinin, rəhbərlərinin, o cümlədən, Paşinyanın ağlını başına gətirməlidirlər…”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.etikxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar