Xəbər lenti
“Bilmirəm, nəşələnib, yoxsa nə qəbul edib” — Həkimin baş həkimi bıçaqlamasının TƏFƏRRÜATI

Ötən gün bıçaqlanma xəbəri yayılan Sumqayıtdakı “Sum Modern Dental Clinic”in baş həkimi Şahin Baxşəliyevin bacısı Tamam Baxşəliyeva ölkə.az”-a danışıb.
Tamam Baxşəliyeva qardaşının hazırki vəziyyəti və baş verən hadisənin təfərrüatı barədə danışıb:
“Hazırda qardaşımın vəziyyətiylə bağlı həkimlər heç nə demir. Yeddi bıçaq yarası var, oksigenlə nəfəs alır, ayılmayıb. Həkimlər ayılmağına icazə vermirlər. Çünki yaraları çox genişdir. Qarın boşluğu, böyrək və ağciyərindən ümumilikdə yeddi bıçaq yarası var. Klinikada çalışan qızları təhqir edirmiş. Qardaşım çağırıb deyib ki, belə eləmə, işdən azad ediləcəksən. O da çıxıb gedib, fırlanıb, bıçaqla gəlib. Bilmirəm, nəşələnib, yoxsa nə qəbul edib”.
Qeyd edək ki, qafqazınfo-nun yaydığı məlumatda bildilirdi ki, hadisə 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də baş verib.
Belə ki, stomatoloji klinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında mübahisə yaranıb. Daha sonra İbrahimov baş həkimin otağına daxil olaraq onun qarın boşluğuna bir neçə bıçaq zərbəsi endirib.
P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar