Xəbər lenti
Uşaqları cinsi təcavüzdən necə qoruyaq? - "Əsasən 6-12 yaşlı uşaqlar..." - Psixoloq rəyi
Son illər ölkəmizdə uşaqların təcavüzə məruz qalması kimi halların yaşandığının şahidi oluruq. Bu kimi vəziyyətlərdə uşaqlar necə davranmalıdılar? Uşaqlarımızı təcavüzdən qorumaq üçün ona nələri öyrətməliyik?
Manevr.az mövzu ilə bağlı uşaq psixoloqu Günel Əliyevanın fikirlərini öyrənib. Psixoloq deyib ki, uşağa öz toxunulmazlığı ilə bağlı məlumat verilməlidir:
“İlk öncə valideynlər uşaqlara şəxsi toxunulmazlıq hüquqları barədə danışmalıdılar. Uşağa öyrətməlidilər ki, o özünü fiziki təcavüzdən nəyin bahasına olursa olsun müdafiə etməlidir. Uşağa böyüyə hörmətlə, böyüyə kor tabeçiliyin fərqini başa salmalıdılar. Ona zərər verə biləcək hər hansı bir insana yox deməyi öyrətməlidilər. Uşaqlar küçədə yalnız sizin şəxsən tanıdığınız insanların əhatəsində olmalıdırlar, qaranlıqda küçədə olmamalıdılar”.Günel Əliyeva həmçinin vurğulayıb ki, uşağa bu cür vəziyyətlərdə necə davranmalı olduğu da öyrədilməlidir:
“Belə vəziyyətlərdə uşağın möhkəm səslə valideynini çağırması cinayətkarı durdura bilər. Valideyn uşağa başa salmalıdır ki, köməyə çağırmaq qorxaqlıq əlaməti deyil, müdafiə və xilas üçün atılan bir addımdır. Qoy uşaq çəkinmədən köməyə çağırsın. Əgər küçədə şübhəli bir şəxslə qarşılaşarsa, geri qayıtsın. Telefonda sanki atası ilə danışırmış kimi söhbət etsin ki, guya atası onu qarşılamağa gəlir. Uşaq yanından keçən avtomobildən ehtiyatlı olmalıdır. Çünki çox vaxt uşağı maşının içinə salıb qaçırdırlar”.
Psixoloq həmçinin bildirib ki, valideynlər uşağın davranışına, kimlərlə oturub-durduğuna diqqət yetirməlidilər:
“Uşaqlardan ciddi davranış tələb edin. Əks halda, onların davranışı təcavüzkar üçün təkan ola bilər. Buna ciddi nəzarət olunmalıdır. Uşağın baxdığı filmlərə, oxuduğu seksual məzmunlu ədəbiyyata fikir verilməlidir. Təcavüzkar uşağa konfet, dondurma təklif edərək onu yoldan çıxara bilər, bunlar uşağa danışılmalıdır. Valideynlər yadda saxlasınlar ki, 6-12 yaş arasında olan uşaqlar kontakta çox tez girirlər. Təcavüzün qurbanları əksər hallarda düzgün cinsi tərbiyə almamış uşaqlar olur. Həmçinin böyüyə qarşı aşırı tabeçiliyə öyrənən uşaqlar olur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar