Xəbər lenti
Bakıda FİLM kimi SOYĞUN: Fahişələrlə əylənən ərəblərin başına elə bir iş açdılar ki...
Səudiyyə Ərəbistanı vətəndaşları quldur basqınının qurbanı olublar.
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
Üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib. Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları - 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub.
Cinayətkarlar ərəblərdən 1500 manat və 5 ədəd bahalı mobil telefon götürüblər. Sonra basqın edənlərdən ikisi Əlibaba Əli Həsən ilə mənzildən çıxaraq Puşkin küçəsindəki "Bank of Baku" bankomatına gediblər. Ərəbin kartından 200 manat çıxaran kişilər hadisə yerinə qayıdıblar. Onlar burada turistləri yapışqanlı lentlə bağlayaraq hadisə yerindən qaçıblar.
Məlumata görə, turistlərin əyləndikləri qız soyğunçularla əlbir olub. Çünki o, cinayətkarların mənzilə səssiz-səmirsiz daxil ola bilmələri üçün qapını açıq saxlayıb.
Qeyd edək ki, əməliyyatçılar artıq şübhəlilərin izinə düşüblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar