Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda ölüm təhlükəsi - sakinlər binadan çıxmır

Tarix: 06-08-2019 11:45     Baxış: 3238 A- / A+
Bakıda ölüm təhlükəsi - sakinlər binadan çıxmır


Hər an dağılma riski olan binada 12 ailə xüsusi yanaşma tələb edir

Bakı şəhəri, Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli 43 mənzilli yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.

Söhbət 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb. Bir müddət öncə binanın bəzi sakinləri onlara verilən kompensasiyanın miqdarının azlığını əsas gətirərək köçməkdən imtina etmişdilər.

Ötən həftə narazı sakinlərlə Baki Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görüşüb. Görüş elə qəzalı binada keçirilib. Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayıb, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışıb. Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək ozlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina etmiş və maddi yardımlarını alıb binanı tərk ediblər.

Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib. Hazırda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu ailələrdən 6-sı ötən əsrin 90-ci illərində binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada məskunlaşmış digər məcburi köşkünlərə bərabər bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunub. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etdikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər.

Daha 7 ailə isə sahəsi 12-15 kvadrat metr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilib. Lakin buna baxmayaraq həmin sakinlər qəzalı binadan köçmək istəmirlər.

Paytaxt Bakı şəhərində sakinlərin evlərindən köçürülməsi problemləri yeni deyildir. Dövlət obyektləri və ya yeni bina tikintisi zamanı əksər hallarda sakinlərin böyük hissəsi onlara təklif edilən kompensasiyalarla razılaşırlar. Yalnız bir neçə ailə olur ki, dövlət qurumlarından və ya tikinti şirkətlərindən özləri üçün daha çox, maksimum miqdarda vəsait əldə etmək üçün evlərini tərk etməkdən imtina edirlər. Onlar müxtəlif instansiylara şikayətlər göndərir, hüquqlarının pozulmasını bildirərək bəzi KİV-lərə müraciətlər edirlər.

Yasamal rayonu M.A.Əliyev küçəsi 150 ünvanındakı binadakı vəziyyəti adi problemlər sirasina aid etmək olardı. Çox hallarda sakinlər inadkarlıq edir, sonradan isə vəziyyəti dərk edərək qəzalı binanı tərk edirlər. Buradakı vəziyyətin digərlərindən fərqi isə kəskin qəzalı olan binadan vətəndaşların təcili olaraq təxliyə olunmasının vacibliyidir.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi görüş zamanı hər bir sakini təmkinlə dinləmiş, onların şikayət və istəklərinə qulaq asmışlar. Lakin bir vaxt səbr kasası daşa bilər. Əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmir, buna bilərəkdən yol verirlərsə, bu zaman qanunamüvafiq qaydada məcburi şəkildə köçürülmə tədbirlərinin görülməsi tətbiq edilə bilər. Binanın hər an uça biləcəyini yaddan çıxarmaq olmaz. Bu zaman vətəndaşların həyatının təhlükəsizliyindən vacib heç bir şey ola bilməz".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar