Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafa Sərdar Cəlaloğluna SƏRT CAVAB VERDİ: "Onun kimilər..."

Tarix: 05-08-2019 17:12     Baxış: 4179 A- / A+
Fazil Mustafa Sərdar Cəlaloğluna SƏRT CAVAB VERDİ: "Onun kimilər..."

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu millət vəkili Fazil Mustafanı Azərbaycanda təriqətlərarası münasibətləri qızışdırmaqda ittiham edib.
Partiya sədri məhz buna görə Prezident İlham Əliyevə , Milli Məclisə və Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirib.

Məsələ ilə bağlı deputat Fazil Mustafa redaktor.az-a açıqlamasında vurğulayıb ki, Sərdar Cəlaloğlunun atacağı addım onun hansı ideologiyaya qulluq etdiyini göstərəcək:
“Sərdar Cəlaloğlunun müraciəti çox gözəl olar. Bu müraciət onun savadsızlığını və Azərbaycanda hansı ideologiyanın təsisçisi olduğunu sübut edən bir sənəd olar. Ona görə də Cəlaloğlunun addımını normal qiymətləndirirəm. Onun tanıtımı baxımından atacağı bu addım çox faydalı sənəd olar. Çünki bizim bütün addımlarımız Azərbaycan dövlətinin maraqlarını qorumağa yönəlib. Sərdar Cəlaloğlu kimilər bu dövlətin maraqlarının qarşısında olan tipajlardır. Bütün hallarda, bu məsələyə normal yanaşıram. Elmi diskusiyanı hər hansısa inzibati formada bizə qarşı bir proses kimi yönəltmək istəyirsə, bu, çox yaxşı olar. Sərdar Cəlaloğlu özünü Nobel mükafatına namizəd elan etmiş böyük mütəfəkkirimizdir. Məlum ittihamından sonra yəqin ki, Nobel komitəsi mükafatı ona çatdıracaq...”.
Fazil Mustafa Sərdar Cəlaloğluna SƏRT CAVAB VERDİ: "Onun kimilər..."

Millət vəkli İsveçrədə yaşayan tanınmış jurnalist Elbəyi Həsənlini blok etməsinə də münasibət bildirib:

“Elbəyi Həsənlinin özünə ayrıca məktub yazmışam. Jurnalist peşəkar olmalıdır və özünün nəzərdə tutduğu fikri hər hansısa şəkildə başqasının fikri kimi təqdim etməməlidir. Elbəyi Həsənli Şah İsmayıl Xətaini əyyaşlıqla ittiham etdiyimi bildirmişdi. Halbuki mənim belə bir ittihamım olmayıb. Şah İsmayıl Xətainin tam olaraq radikal anlayışa sahib bir dindar olmadığını və həm də içki içdiyini fakt kimi bildirmişəm. Jurnalist peşə etikasına əməl etmirsə, mənim dostluğumda olması məqbul deyil. Elbəyi Həsənlini dostluqdan silməyimin səbəbi məhz budur. Digər jurnalistlər də bilməlidir ki, peşə etikasına əməl etmək olduqca vacibdir.

Qeyd edək ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın “Şah İsmayıl Xətai medalı”nın ləğv edilməsi barədə fikirləri birmənalı qarşılanmayıb. Millət vəkilinin fikirlərinə irad bildirənlər arasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar