Xəbər lenti
General Azərbaycan-Ermənistan sərhədində yaralanan əsgərə baş çəkdi - ŞƏKİL

2019-cu ilin 31 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatının qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılmış cərrahiyyə əməliyyatı uğurla başa çatıb.
Manevr.az Dövlət Sərhəd Xitmətinə istinadən xəbər verir ki, hal-hazırda vəziyyəti qənaətbəxşdir.
Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov hərbi qulluqçuya baş çəkib, cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə yaxından tanış olub.
General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar