Xəbər lenti
Qarabağda müharibə başlasa nələr olacaq? - Amerikalı analitik DANIŞIB
Amerikalı analitik, ABŞ dövlət katibinin postsovet məkanı üzrə sabiq xüsusi müşaviri, tanınmış politoloq Pol Qobl Dağlıq Qarabağ cəbhəsində və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edib.
Manevr.az xəbər verir ki, P.Qobl bu barədə oxu.az-a danışıb. O bildirib ki, cəbhədə xırda insidentlər davam edəcək, lakin bu, əsas hücum anlamına gəlmir.
Ekspert Qarabağda müharibə başlayacağı təqdirdə, baş verə biləcək mümkün ssenarilərdən də danışıb.
O bildirib ki, Azərbaycan ilk zərbə endirə bilər, çünki əlində güclü qüvvə var:
“Ancaq bu zaman Rusiya ortaya çıxacaq. Şəxsən mən düşünürəm ki, Dağlıq Qarabağ ətrafında gərginlik uzun müddət davam edəcək”.
Analitikin fikrincə, cəbhədə atəşkəsin pozulması dəyişməz bir fenomendir və bu, hər iki tərəfdən asılı məsələdir.
P.Qobl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan hər hansı irəliləyiş gözləmədiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bu il iyunun 20-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Bu görüşdən sonra Qarabağ cəbhəsində nisbi sakitlik müşahidə olunurdu. Lakin iyulun 17-dən etibarən Ermənistan ordusu bu “susqunluğ”unu pozaraq növbəti dəfə təxribatlara əl atıb.
Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar