Xəbər lenti
Putin bu rolu oynamağı dayandırsa... - Pavlovski
Rusiyada hakimiyyətin tranziti təkcə cənab Putindən yox, ümumilikdə ölkənin özündən asılı olmadan gedir. Son 30 ildə bizdə tranzitdən başqa heç nə yoxdur. Köhnə Siyasi Bürodan əvvəlcə Qorbaçova, sonra Yeltsinə keçid oldu və bu, bir neçə il çəkdi. 1999-cu ilin sonlarında “Xələf layihəsi” adını alan tranzit də gözləntiləri doğrultmadı.
Manevr.az xəbər verir ki, bunu “Novaya qazeta”ya müsahibəsində məşhur rusiyalı politoloq Qleb Pavlovski deyib.
“Obyektiv problem odur ki, Rusiya qlobal, marginal Avropa və Asiya ölkəsidir. Siz ölkənin analizi vasitəsilə Makronun Fransada prezident olacağını yaza bilərsiniz, amma siz Putinin peyda olmasını, onun Rusiya daxilindəki hazırkı vəziyyətini izah edə bilməzsiniz. Putinin legitimliyi nə daxili, nə də elektoraldır. Onda bu proseslər Napoleon kimi, qələbələriylə əlaqəlidir. Bu, qalibin legitimliyidir. Əhalinin gözündə bu qələbələr bitəndə legitimlik də yoxa çıxır.
Əslində, Rusiyada hansı hakimiyyətin tranzitinin getdiyini başa düşmək vacibdir. Kreml hakimiyyətinin daxilində Putinin öz rolu mövcuddur. Bu, ölkənin sahibi roludur. Əgər Putin bu rolu oynamağı dayandırsa, növbəti həftə yox olacaq. O öz ətrafı üçün dəyişilməz hakimiyyətin canlı bəhanəsidir. Putin rasional bürokratiya qurmağa qayğı göstərməyib. Onun yerinə isə hazırda Kremlin üzərində “anlaşılmaz buludlar” dolaşır. Bəs bunlar nədən və kimdən təşkil olunub? Kimlərsə tərəfindən hansısa soyadlar səsləndirilir, amma bu bəyanatlar çox zaman heç bir məsuliyyət olmadan verilir. Sabah başqa soyadlar da səsləndirilə bilər. Putinin yaxın ətrafına hər şeyi onların yox, Putinin həll etdiyinə dair tamaşa oynaması uyğundur”, - deyə o bildirib.
Pavlovskinin sözlərinə görə, Putinin ətrafındakı naməlum “idarəçilər” üçün onun hakimiyyətdə qalması məsələsinin həll edilməsi çətin deyil:
“Putin yaxın ətrafına onların işlərini ört-basdır etmək üçün lazımdır, lakin səlahiyyət müddətinin uzadılması onun bütün dostlarının rifah məsələsini həll etmir. Xarizmasız Putin öz ətrafı üçün yükdür. İndiki zamanda xarizma hakimiyyət üçün çox dəyərlidir, çünki Kremlin əhali üçün artıq pulu çatmır. Biz mif dünyasında yaşayırıq. Burada insanlar bir-birinə heç bir rasional interpretasiya olmadan suallar verirlər. Onlardan biri də budur ki, Putinin yerinə kim olsun? Sadə və doğru cavab “kim olursa-olsun”dur”.
O, 2024-cü ildə Rusiya prezidenti olmaq istəyən şəxsin Putinin “frontmen” olduğu “Putin Rusiyası” sistemini ətraflı öyrənməsi gərəkdiyini bildirib:
“Problem Putinin xələfini tapmaqda deyil, problem əsl prezident seçkisinin keçirilməsidir. 2021-ci ildə Dövlət Dumasına yalançı yox, rəqabətin olacağı seçki lazımdır. Məhz o zaman bizim artıq ayaq basdığımız yeni dövlətçilik böhranından qaçmaq şansımız yaranacaq. Moskvadakı siyasi böhran nümunəsi vacibdir. O, bu hakimiyyətin reaksiya metodlarını göstərir. Əslində dəyişilməzlik ideyası Putinlə bağlı deyil, bu, daha çox Kremldəki elita ilə əlaqəlidir. Məhz o əvəz olunmaq istəmir. Hazırkı tərkibdə Kremldəki qruplar özünü yeniləmə prosedura barədə razılaşa bilmir”.
Qleb Pavlovski Moskvadakı son insidentin mer Sergey Sobyaninin zəiflədilməsiylə də əlaqəli olduğunu deyib:
“Kreml meydanında dayanıqlı müttəfiqlik yoxdur. Onların hamısı bir-birinə düşməndir. Hakim qruplar arasındakı eskalasiyanın qarşısını yalnız hər kəsin azlıqda qalıb, hədəf olacağı qorxusu alır”.
Politoloq Rusiyanın siyasi sisteminin hazırda yaranan gərginlikdən xilas yolları axtardığını bildirib:
“Bizim sistem elə qurulub ki, o, hər zaman dağıla bilər, amma dağılmır. Kinayəli Rusiya Federasiyası imperiyası anormal formada fəaliyyət göstərir, normaları və məhdudiyyətləri tanımır. 2015-ci ildə Donbasda ilişib qalan Kremlin nə edəcəyini hamı tapmağa çalışırdı. Biabırçı şəkildə getməmək, amma həm də orada əbədi qalmamaq üçün nə etmək lazım idi? Cavab problemin Suriyaya eksportu oldu. Hansı Suriya? Niyə? Nə üçün? Eyni şey bu dəfə də ola bilər, amma bu dəfə Suriya yox, nəsə başqa şey seçiləcək. Sistem yaratdığı gərginliklərdən xilas yolu axtarır. Gərginlik artanda xarici və daxili eskalasiya effekti yaranır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar