Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı həkim insan alverinə görə axtarışa verildi

Tarix: 01-08-2019 20:34     Baxış: 4195 A- / A+
Azərbaycanlı həkim insan alverinə görə axtarışa verildi


Gürcüstanda fəaliyyət göstərən "Lanset” klinikasının azərbaycanlı rəhbəri Fərman Ceyranlı axtarışa verilib.

Bu barədə məlumat "İnterpol”un rəsmi saytında yerləşdirilib.

İxtisasca cərrah olan Fərman Ceyranlı qanunsuz orqan transplantasiyasında təqsirli bilinir.

Bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları onu "İnterpol” xətti ilə axtarışa verib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin də rəsmi saytında öz əksini tapıb.

"Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmişdir. "İnterpol” kanalları ilə beynəlxalq axtarışdadır”,- deyə rəsmi məlumatda qeyd olunur.

Qeyd edək ki, adıçəkilən şəxs iki il öncə Gürcüstanda "Lanset” klinikasında baş verən iki ölüm və digər qanunsuz əməllərə görə həbs edilib. Ona 6 il həbs cəzası verilib, ötən il isə cəzası 2 il 3 ayadək azaldılıb. Onun cəzası 2019-cu ilin avqustunda başa çatır. (qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar