Xəbər lenti
İstanbul-Bakı reysi 10 saat gecikdi

Dünən İstanbul-Bakı reysində nasazlıq səbəbilə 10 saatlıq gecikmə olub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sərnişinlər sosial şəbəkədə paylaşıblar. Bildirilib ki, Türkiyə Hava Yollarının saat 12:20-də həyata keçirəcəyi uçuş saat 22:20-yə təxirə salınıb. Sərnişinlərə ilkin səbəb kimi təyyarənin şüşəsinin qırıldığı bildirilib.
Qeyd edək ki, İstanbul Hava Limanın köçəri quşların trayektorasında olması tikildiyi zaman xeyli müzakirələrə səbəb olmuşdu. Belə ki, dünən İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarə də quş sürüsü ilə toqquşub. Gecikmələr bir neçə reys üzrə müşahidə olunduğundan Bakı-İstanbul reysinin də quşlara görə təxirə salındığı iddia edilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































